Logo
    main-post-cover

    4SİM və DİF Azərbaycanda “TradeTech” imkanlarını müzakirə edib

    Digər
    07.05.2026
    Farid
        4SİM-in icraçı direktoru Fariz Cəfərov və Dünya İqtisadi Forumunun nümayəndələri “TradeTech üzrə Strateji İnkişaf Təhlili”ni təqdim ediblər. Təqdimatda Azərbaycanın rəqəmsal ticarət ekosistemi üzrə imkanlar və çağırışlar müzakirə olunub.
        Technote.az xəbər verir ki, tədbirdə Azərbaycanın beynəlxalq rəqəmsal ticarət sistemlərinə inteqrasiyasını sürətləndirə biləcək prioritet istiqamətlər diqqətə çatdırılıb. Bildirilib ki, ölkədə güclü rəqəmsal dövlət infrastrukturu formalaşdırılıb.
        Müzakirələr zamanı elektron ticarət sənədlərinin beynəlxalq səviyyədə tanınmasının vacibliyi vurğulanıb. Dövlət və özəl sektor sistemləri arasında inteqrasiyanın gücləndirilməsinə ehtiyac olduğu qeyd edilib.
        Təhlildə milli “TradeTech” icmasının formalaşdırılması və xüsusi tənzimləyici rejimlərin – “sandbox” mexanizmlərinin tətbiqi ilə bağlı tövsiyələr təqdim olunub. Rəqəmsal ticarət həllərinin genişləndirilməsi də əsas istiqamətlərdən biri kimi göstərilib.
        Qeyd olunub ki, DİF-in “TradeTech” təşəbbüsü süni intellekt, blokçeyn və rəqəmsal ödəniş texnologiyaları vasitəsilə sərhədlərarası ticarətin asanlaşdırılmasını hədəfləyir. Təşəbbüs logistika və gömrük əməliyyatlarının səmərəliliyinin artırılmasını da nəzərdə tutur.
    Paylaş