
Qısa vaxt ərzində 200 milyon istifadəçiyə çatan video konfrans tətbiqi olan Zoom son zamanlar təhlükəsizlik problemləri ilə üz-üzədir. Facebook-a icazəsiz istifadəçi məlumatlarını satdığı üçün məhkəməyə verilən şirkət, Google və SpaceX şirkətlərinin öz işçilərinə Zoom tətbiqinin istifadəsini qadağa qoyması ilə üzləşdi. Bu səfər isə kiber təhlükəsizlik şirkəti olan Cyble tərəfindən 530.000 Zoom istifadəçi hesablarının hacker forumlarında və Dark Web-də satışa çıxdığı aşkarlandı.
530.000 Zoom istifadəçisinin hesabı oğurlanaraq hacker forumlarında satışa çıxdı.
Sızdırılan hesabların içində Vermont Universiteti, Colorado Universiteti, Dartmouth, Lafayette, Florida Universiteti kimi bir çox təhsil qurumundan əlavə müxtəlif şirkətlərə aid hesablar da var. Oğurlanan hesablardan birinin sahibi olan istifadəçi şifrəsinin köhnə olduğunu və bu oğurluğun daha əvvəlki hücumlardan qaynaqlanmış ola biləcəyini bildirdi.
Cyble şirkəti hacker forumlarında bir satıcının hesabları satışa çıxardığını görüb hər hesab üçün 0.0020 dollar ödəyərək hamsını aldı. Alınan məlumatlar arasında insanların e-mail ünvanları, qrup linkləri, hostkeyləri və şifrələri vardı. Cyble tərəfindən verilən məlumata görə bu hesabların içində Chase, Citibank kimi bankların və daha bir çox tanınmış şirkətlərin hesabları vardı.
Zoom şirkəti isə istifadəçilərinə şifrələrini yeniləməyi məsləhət bildi. Həmçinin Zoom istifadəçiləri Haveibeenpwned.com və Amibreached.com saytları vasitəsilə hesablarının oğurlanıb oğurlanmadığını təyin edə bilərlər.
Şərh yoxdur