
86 yaşlı qadın qanunsuz oyun oğurluğuna görə cəza alıb
Onlayn oyunlar bir çox insanların həyat tərzinin
bir hissəsini təşkil edir. Hətta ele insanlar var ki, oyun onların həyatının ayrılmaz hissəsidir.
Bundan əvvəl paylaşdığımız bir sıra xəbərlərdə yaşlı insanların da cavanlar qədər
oyun həvəskarı olduğu haqda məlumat vermişdik. Christine McMillan adlı qadının
oyun həvəskarı olub-olmadığı məlum deyil. Bu qadın çox maraqlı səbəbdən məhkəməlik
olub. 86 yaşlı McMillan köçürdüyü iddia olunan oyuna görə pul cəzası alıb. Belə ki,
onun internet şəbəkəsini təmin edən şirkət qadına mesaj yazaraq qeyri-qanuni (müəllif
hüquqlarını pozmaqla əlaqədar) oyun köçürdüyü iddiası ilə 5.000$ pul cəzası ödəməli olduğunu
bildirib. Qadın isə ona göndərilən xəbərdarlıqları ilk əvvəllər ciddi qəbul etməsə
də sonralar bunun vacib olduğunu anlayıb və yardım almaq üçün müraciət edib.
Maraqlı məqam isə ondan ibarətdir ki, qadın belə bir oyun köçürdüyünü qəbul
etmir. Amma aparılan araşdırmalar bu oyunun onun IP ünvanından köçürülməsini
göstərir.
Mövzu
ilə əlaqədar münasibət bildirən mütəxəssislər, yaşlı qadının internet şəbəkəsinə
başqa birinin müdaxilə etdiyini və onun IP-sindən istifadə edərək oyunu köçürmüş
ola biləcəyini deyirlər.
Paylaş
Bənzər xəbərlər