main-post-cover

    9 saatdan az müddət yatan uşaqlar daha tez qocalmaya məruz qalırlar

    Digər
    06.07.2017
    Farid Pardashunas

    Kçik yaşlarda yuxu çatışmamazlığı, hüceyrələrin tez qocalmasına gətirib çıxardır.

    Bu cür qənaətə Prinston Universitetinin alimləri bir çox amerikalı uşaqların talomerlərini müşahidə edərək gəliblər. Telomerlər (xromosomların sonuncu sahələri), hüceyrələr bölünəndə qısalırlar. Maksimal dərəcədə qısalan zaman isə o artıq bölünə bilmir. Beləliklə o, orqanizmi cavanlaşdıra bilmir. Qocalma prosesi də məhz budur. Böyük yaşlı adamlarda keçirilmiş müşahidələrdə məlum oldu ki, telomerlərin uzunluğuna yuxu prosesi çox böyük təsir göstərir. Bunun uşaqlarda da belə olduğuna əmin olmaq üçün Prinston Universitetinin alimləri, ABŞ-ın müxtəlif şəhərlərində yaşayan 9 yaşlı 1567 uşağın orta statistik yuxu davamlılığı məlumatlarını incələyiblər. Alimlər uşaqların seliklərin nümunə götürərək DNT-lərini və telomerlərinin uzunluqlarını müşahidə ediblər.
    Alimlər öyrəniblər ki, lazımi dərəcədə yatmamış uşaqlar daha qısa telomerlərə sahibdirlər. Nəticə etibarilə yatılmayan hər 1 saata görə telomerin uzunluğu 1.5% qısa olub. Elmə, qısa telomerlər ilə ürək xəstəlikləri, xərçəng və digər ciddi xəstəliklərin əlaqəsi məlumdur. Lakin müşahidə olunmuş uşaqların heç birində bu cür xəstəliklərə rast gəlinməyib. Bunun səbəbi isə onların kiçik yaşlarda olmalarıdır. Buna baxmayaraq alimlər əmindirlər ki, yaş artdıqca onlarda ciddi xəstəliklərin yaranma riski çox böyükdür. Alimlər hələ bilmirlər ki, uzunmüddətli yuxu prosesi telomerlərin uzunluğunun bərpasına qadirdir yoxsa yox. Lakin buna baxmayaraq onlar davamlı yuxunun vacibliyini qeyd edirlər və bu yaşda olan uşaqlara 9-11 saat yatmalarını məsləhət görürlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər