Logo
    main-post-cover

    AB-nin daxili yanma mühərriki qadağasını ləğv etməsi üçün təzyiqlər artır!

    Digər
    13.12.2024
    Farid

         Avropa Parlamentinin ən böyük siyasi qrupu olan Avropa Xalq Partiyasına (EPP) aid olduğu bildirilən bir layihə sənədində AB-nin (Avropa Birliyi) 2035-ci il üçün nəzərdə tutduğu qadağa qərarını geri götürməli olduğu qeyd edilir.

         Günlər keçdikcə AB-nin daxili yanma mühərriklərinə qoyduğu qadağaya qarşı səslər artmağa başlayıb. Gələn məlumatlara görə, Avropa Parlamentinin ən böyük siyasi qrupu olan Avropa Xalq Partiyası, Brüsseldəki səlahiyyətlilərə bu qərarı dəyişdirmək üçün təzyiq göstərir. Reuters-in xəbərinə əsasən, ortaya çıxan bir layihə sənədində bu qərarın geri alınmasının vacib olduğu vurğulanır.
         Avropa Xalq Partiyası, daxili yanma mühərriklərinin 2035-ci ildən sonra alternativ yanacaqlarla işləyən nəqliyyat vasitələrində fəaliyyətini davam etdirməsini istəyir. Bundan əlavə, sənəddə istehsalçılara 2035-ci ildən sonra da şarj edilə bilən hibrid avtomobilləri satmağa icazə verilməli olduğu ifadə edilir. Bildiyiniz kimi, Avropada istehsalçılar azalan tələbat səbəbindən elektrikli avtomobil planlarını təxirə salmağa və keçid dövrü olaraq qəbul edilən hibrid avtomobillərə yönəlməyə başlayıblar. EPP, həmçinin gələn il qüvvəyə minəcək daha sərt emissiya tənzimləmələrinin 2027-ci ilə qədər təxirə salınmasını, bununla da şirkətlərin cərimələrdən qorunmasını tələb edir. Gələn il tətbiq ediləcək qərara əsasən, WLTP dövrünə uyğun hazırkı karbon emissiya ortalaması olan 115.1 q/km hədəfi 19% azaldılaraq 93.6 q/km-ə düşəcək.
         Avtomobil istehsalçıları, karbon emissiya hədəfini aşan hər bir qram üçün 95 avro cərimə ödəyir. Bu cərimə hər bir avtomobil üçün tətbiq edildiyindən, Volkswagen Group kimi böyük şirkətlər üçün sürətlə artan maliyyə yükü halına gəlir. Renault-un CEO-su Luca de Meo, hesablamalarına əsasən, sənayenin gələn il yalnız emissiya cərimələrinə görə, 15 milyard avro ödəyə biləcəyini deyir. EPP, yeni təyin olunan Avropa Komissiyasında təsirli bir rola sahibdir. Komissiya sədri Ursula von der Leyen də daxil olmaqla, 27 üzvün əksəriyyəti bu qrupa daxildir.
    Paylaş
    Bənzər xəbərlər
    avropa-birliyi-ipados-in-antimonopoliya-teleblerine-uyub-uymadigini-yoxlayir
    Proqram Təminatı

    Avropa Birliyi iPadOS-in antimonopoliya tələblərinə uyub-uymadığını yoxlayır

    Avropa Birliyinin antimonopoliya orqanları Apple şirkətinin iPadOS əməliyyat sisteminin Avropa Birliyi regionunun böyük texnoloji şirkətlərin təsirlərinin məhdudlaşdırılmasına istiqamətlənmiş qanunvericiliyin tələblərinə uyğun olub-olmadığını yoxlamağa başlayıb.
    avropa-birliyi-telegram-a-qarsi-istintaqa-start-verib
    Sosial Media

    Avropa Birliyi Telegram-a qarşı istintaqa start verib

    Avropa Birliyinin şübhələrinə əsasən Telegram kontentin moderasiyası ilə bağlı daha sərt qaydalardan yan keçmək üçün öz istifadəçi kütləsinin sayını bilərəkdən aşağı səviyyədə göstərib.
    elektrikli-avtomobil-satislari-ehemiyyetli-derecede-artib
    Nəqliyyat

    Elektrikli avtomobil satışları əhəmiyyətli dərəcədə artıb!

    Elektrikli avtomobillərə tələbat azalsa da, iyul ayında dünya üzrə elektrikli avtomobil satışları 21% artıb. Ən böyük sıçrayış isə Çində baş verib.
    avropada-milyonlarla-dizel-avtomobilin-hereketi-qadagan-edile-biler
    Nəqliyyat

    Avropada milyonlarla dizel avtomobilin hərəkəti qadağan edilə bilər!

    Almaniyanın nəqliyyat naziri Volker Wissing, Avropa avtomobil sənayesini narahat edən bir xəbərdarlıq edib. Wissing-ə görə, Aİ-nin (Avropa İttifaqı) emissiya qaydalarının yeni şərhi təkcə Almaniyada 8 milyondan çox dizel avtomobilinin və bütün Avropada on milyonlarla dizel avtomobilinin yoldan çıxarılmasına səbəb ola bilər.
    avropa-birliyi-suni-zeka-ile-bagli-qanun-layihesini-resmi-sekilde-tesdiqleyib
    Süni İntellekt

    Avropa Birliyi süni zəka ilə bağlı qanun layihəsini rəsmi şəkildə təsdiqləyib

    Avropa Birliyi rəsmi şəkildə süni zəka üzrə qanun layihəsini təsdiqləyib. Bu qanun layihəsi texnoloji şirkətlərin bu sahə üzrə tənzimlənmələrinə hədəflənmiş kompleksli qaydaları özündə birləşdirir.