main-post-cover

    ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

    Digər
    31.05.2020
    Nijat Hamid
            Nəhəng şirkətlər tez-tez müxtəlif iddialar ilə məhkəməyə verilir. Bu səfər isə Google şirkəti ABŞ-da Android əməliyyat sistemi ilə əlaqəli olaraq məhkəməyə verildi. Arizonanın baş prokroru tərəfindən məhkəməyə verilən Google-a qarşı iddialar ondan ibarətdir ki, şirkət istifadəçilərin lokasiyalarını gizlicə izləyir. Mark Brnovich tərəfindən qaldırılan iddialara görə şirkət istifadəçilərin icazəsi olmadan bütün bunları edə bilir.

    Baş prokror Mark Brnovich-a görə lokasiya söndürülsə belə Google tərəfindən istifadəçilərin izlənilməsi mümkündür və şirkət də bunu edir.

            Arizona baş prokrorun dediklərinə görə smartfonda lokasiya servisləri bağlansa belə hava haqqında məlumat, Google Chrome axtarışlar kimi tətbiqlər vasitəsilə şirkət arxa planda lokasiyanı aktiv saxlaya bilir. İddialar arasında olan bir digər məlumat isə budur ki, istifadəçi sistem daxilində bütün lokasiya servislərini söndürsə belə (tətbiqlər də daxildir) Google gizlicə lokasiya məlumatlarını oğurlamağa davam edir. Mark Brnovich isə bütün bunların əvəzində Google şirkətindən bu lokasiya məlumatlarını istifadə edərək Arizona sakinlərinə göstərdiyi reklamlardan əldə etdiyi bütün gəlirin geri qaytarılmasını tələb edir.
            Həmçinin Arizona qaydalarına əsasən pozulan hər qanuna görə Google 10.000 dollar cərimə ödəməlidir. Google rəsmiləri isə Arizona baş prokrorunun bu iddialarının yalan olduğunu, göstərdikləri xidmətin yanlış anlaşıldığını və istifadəçi təhlükəsizliyinin hər zaman ilk planda olduğunu bildirir. Baş prokror isə çox pulu olan insan və şirkətlərin özlərini hər şeydən, hətta qanunlardan belə üstün görərək istədikləri kimi davrandığını deyir. 
            Google şirkəti son illərdə bir çox qanun pozuntusu səbəbilə məhkəməyə verilir. Keçən il Youtube servisi Uşaqların Gizliliyini Qoruma qanununa görə məhkəməyə verildi, Google özü isə indilərdə 50 əyalət baş prokroru  Ədliyyə Nazirliyi tərəfindən aparılan monopoliya istintaqına tabe tutulub.
    Linki kopyala