Logo
    main-post-cover

    ABŞ-də ikinci “Sphere” layihəsi Merilenddə inşa oluna bilər

    Digər
    20.01.2026
    Ilhama
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Las-Veqasdakı futuristik və interaktiv “Sphere” məkanının arxasında dayanan Sphere Entertainment şirkəti ABŞ-də ikinci belə layihəni reallaşdırmaq niyyətində olduğunu açıqlayıb. Şirkətin planına əsasən, yeni “Sphere” paytaxt Vaşinqtondan cəmi 15 dəqiqəlik məsafədə yerləşən Merilend ştatında tikilə bilər.
        Layihənin dəqiq vaxt cədvəli və konkret ünvanı hələlik açıqlanmayıb. Məlumata görə, yeni məkan Prince George’s County ərazisində, Potomac çayı sahilində yerləşən National Harbor bölgəsində inşa ediləcək. Bu ərazi hazırda konqres mərkəzi, hotellər, restoranlar və ticarət obyektləri ilə tanınır.
        Merilenddə planlaşdırılan “Sphere” Las-Veqasdakı nəhəng versiyadan fərqli olaraq mini-Sphere formatında olacaq. Məkanın tutumu təxminən 6 min tamaşaçı üçün nəzərdə tutulur. Buna baxmayaraq, binanın üzərində yer alacaq LED örtüklü eksteryer ekran sayəsində məkan yenə də diqqət mərkəzində olacaq.
        Mini-Sphere-in daxilində 16 000 x 16 000 piksel ölçülü əhatəli ekran, immersiv səs sistemi, haptik oturacaqlar və 4D effektləri yer alacaq.
        Yeni layihənin Las-Veqasdakı 2,3 milyard dollarlıq orijinal “Sphere” ilə müqayisədə daha az xərc tələb edəcəyi bildirilir. Lakin tikinti prosesi yerli və ştat hökumətindən alınacaq icazələr və stimullardan asılıdır. Şirkətin açıqlamasına görə, layihə təxminən 200 milyon dollar həcmində dövlət və özəl təşviqlər hesabına maliyyələşdirilə bilər.
    Paylaş