Logo
    main-post-cover

    ABŞ investorları Avropaya qayıdır, amma risk kapitalı hələ zəifdir

    Digər
    26.12.2025
    Sevinc
        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Helsinkidə keçirilən illik Slush konfransında Avropa startap ekosisteminə maraq və optimizm yüksək səviyyədə hiss olunsa da, real rəqəmlər bazarın hələ də tam bərpa olunmadığını göstərir. PitchBook məlumatlarına görə, 2025-ci ilin üçüncü rübünün sonunadək Avropada startaplara ümumilikdə 43,7 milyard avro investisiya qoyulub və 7 743 sövdələşmə bağlanıb. Mövcud temp davam edərsə, ilin sonuna qədər ümumi investisiya həcmi 2024 və 2023-cü illərdəki təxminən 62 milyard avroluq səviyyəni keçməyəcək.
    Europe's Russia rhetoric doesn't match its trade ledger
        Müqayisə üçün, ABŞ-də risk kapitalı bazarı artıq 2025-ci ilin üçüncü rübündə 2022, 2023 və 2024-cü illərin göstəricilərini üstələyib. Avropa üçün əsas problem isə investisiya sövdələşmələrinin sayı yox, VC fondlarının vəsait toplamasıdır. 2025-ci ilin ilk 9 ayında Avropadakı risk kapitalı fondları cəmi 8,3 milyard avro toplaya bilib ki, bu da region üçün son 10 ilin ən zəif göstəricilərindən biri hesab olunur. PitchBook-un baş analitiki Navina Rajanın sözlərinə görə, LP-lərdən (investorlar) GP-lərə (fond menecerləri) pul axını Avropada ən zəif həlqə olaraq qalır. Onun fikrincə, böyük “mega fondlar” ötən il aktiv olsa da, bu il eyni templə bazara qayıtmayıb və əsas yük yeni yaranan fondların üzərinə düşüb.
        Bununla yanaşı, bazarda müsbət siqnallar da görünməyə başlayıb. Xüsusilə ABŞ investorlarının Avropa startaplarına marağı yenidən artır. 2023-cü ildə ABŞ fondları Avropa sövdələşmələrinin cəmi 19 %-də iştirak edirdisə, bu göstərici son iki ildə tədricən yüksəlməkdədir. Rajan bildirir ki, ABŞ investorları üçün Avropa bazarı daha əlverişli giriş nöqtəsi yaradır. ABŞ-də, xüsusilə süni intellekt sahəsində qiymətləndirmələr çox yüksəkdir, Avropada isə oxşar texnologiyalar daha münasib dəyərlərlə cəlbedici görünür.
        Bu tendensiyanın bariz nümunələrindən biri İsveçin “vibe-coding” startapı Lovable-dır. Şirkət bu yaxınlarda 330 milyon dollarlıq Series B investisiya raundunu elan edib və raundda Salesforce Ventures, CapitalGMenlo Ventures kimi ABŞ fondları iştirak edib. Oxşar maraq Fransanın süni intellekt laboratoriyası Mistral-a da göstərilib. Şirkət sentyabr ayında 1,7 milyard avroluq Series C raundu bağlayaraq Andreessen Horowitz, NvidiaLightspeed kimi nəhəng investorları cəlb edib.
        İsveç investisiya şirkəti EQT-nin tərəfdaşı Viktor Englesson hesab edir ki, Klarna və Spotify kimi uğur hekayələri Avropa startap qurucularının düşüncə tərzini dəyişməyə başlayıb. Artıq bir çox təsisçi yalnız yerli bazarı deyil, qlobal liderliyi hədəfləyir. EQT-nin Avropaya olan inamı da bunu təsdiqləyir. Şirkət son 5 ildə Avropaya 120 milyard dollar, növbəti 5 ildə isə 250 milyard dollar investisiya etməyi planlaşdırır.
    Paylaş