
ABŞ prezident seçkilərinin ən böyük qalibi Elon Musk-dır!
Digər
07.11.2024
Aslan
Milyarder Elon Musk, ABŞ prezident seçkilərindən sonra da Amerika siyasətində mühüm oyunçu olmağa davam edəcəyini bildirir. Musk, seçkilərin ən böyük qalibi mövqeyindədir.
SpaceX, Tesla, X, Boring Company, xAI və Neuralink kimi layihələrin CEO-su və ya qurucusu olan, 264 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı insanı Elon Musk, ABŞ seçkilərinin ən çox diqqətçəkən şəxslərindən biri olub. Musk, X adlı sosial media platformasında Amerika siyasətinə olan marağının seçkilərdən sonra da davam edəcəyini bildirib. Donald Trump-ın ən böyük dəstəkçilərindən biri kimi seçilən Musk, "America PAC" adlı siyasi hərəkata maliyyə dəstəyi verərək və seçici iştirakını təşviq edən kampaniyalar apararaq seçki prosesində mühüm fiqura çevrilib.

Əvvəllər keçmiş prezident Trump üçün “şapkasını çıxarıb təqaüdə getməli” deyən Musk, 26 oktyabr tarixindən etibarən Trump-ın kampaniyasına ən azı 132 milyon dollar bağışlayaraq onun ən böyük maliyyə dəstəkçilərindən birinə çevrilib. Hətta, America PAC vasitəsilə gündə 1 milyon dollarlıq hədiyyə kampaniyası da başladıb. Musk, seçkilərdən sonra siyasətə müdaxiləsini davam etdirəcəyini təsdiqləyərək America PAC-in qarşıdakı ara və məhkəmə seçkilərində “təsir göstərəcəyini” deyib. Musk, X Spaces yayımında “America PAC bu seçkidən sonra da davam edəcək və həm aralıq seçkilərə, həm də dairə prokurorları və məhkəmə seçkilərinə hazırlıq işlərinə baxacaq” deyib.

Trump-ın yenidən prezident olması halında Musk-ın şirkətləri, azalan tənzimləmələr, aşağı vergilər və daha çox dövlət müqavilələri ilə mühüm üstünlüklər əldə edə bilər. Musk-ın biznes strategiyaları, xüsusilə Çinlə olan asılılığı və SpaceX kimi layihələrinin ABŞ-ın hərbi və kosmik siyasətindəki yeri, etik və təhlükəsizlik baxımından mübahisələrə səbəb olur. Məsələn, Tesla istehsalı və Çin bazarı Musk üçün çox əhəmiyyətli bir sahədir. Həmçinin, Musk-ın Çinin Tayvana dair mövqeyini dəstəkləməsi və Rusiya Prezidenti Vladimir Putin-lə görüşlər keçirməsi, ABŞ-ın xarici siyasətindən fərqli bir mövqe tutduğunu göstərir.

Trump-ın prezidentlik dövrü, Musk-ın şirkətlərinə qarşı mövcud hüquqi və tənzimləyici təzyiqləri də azalda bilər. Tesla və SpaceX, işçi hüquqları, təhlükəsizlik standartları və ekoloji tənzimləmələrlə bağlı bir çox federal agentliklə problemlər yaşayır. Trump-ın tənzimləmələrin azaldılması vədləri, Musk-ın bu problemlərlə daha az qarşılaşmasına imkan yarada bilər.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
