Logo
    main-post-cover

    ABŞ rəsmiləri, Rusiyanın kosmosa gizli bir silah yerləşdirdiyini iddia edirlər!

    Digər
    24.05.2024
    Farid

         ABŞ rəsmiləri, Rusiyanın keçən həftə buraxılış əməliyyatı zamanı orbitə gizli kosmik silah yerləşdirdiyini ehtimal etdiklərini bildiriblər.

         ABŞ rəsmilərinə görə, Rusiya tərəfindən keçən həftə həyata keçirilən buraxılış çərçivəsində orbitə gizli kosmik silah yerləşdirilib. ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı səfirinin müavini Robert Wood, raketin mayın 16-da aşağı yer orbitinə buraxıldığını və ABŞ hökumətinin peyki ilə eyni orbitə yerləşdirildiyini bildirib. Wood, bu peyki, digər peyklərə hücum edə biləcək anti-kosmik silah olaraq qiymətləndirib.
         ABŞ rəsmiləri, bir sıra açıqlamalarında Kosmos 2576 adlı yeni hərbi peykin keçən həftə Rusiya tərəfindən orbitə buraxıldığını bildiriblər. Kosmos 2576, ABŞ Milli Kəşfiyyat İdarəsinin (NRO) casus peykləri ilə eyni orbitdə uçur, yəni müntəzəm olaraq ABŞ-ın çox məxfi kəşfiyyat platformasına yaxınlaşa bilir. Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov, ABŞ-ın bu qiymətləndirmələrinin “yalan” olduğunu söyləyib. Mütəxəssislər isə Kosmos 2576-nın orbitinin, kəşfiyyat məlumatlarını toplaya bilməyi üçün onu Yerə baxan bir sıra teleskoplarla təchiz edilmiş, avtobus ölçülü USA 314 peykinin bir neçə yüz kilometr yaxınına gətirəcəyini bildiriblər.
         Bundan başqa, Hərbi Hava Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Charles Brown, bu yaxınlarda verdiyi açıqlamasında “Biz kosmosa münaqişələrdən narahat olmayacağımız çox yaxşı bir mühit kimi baxırdıq. Əslində, kosmosun döyüş meydanı adlandırılması bir növ qadağan idi, lakin bu dəyişdi və düşmənlərimizin kosmosda etdiklərinə görə dəyişdi. Kosmos bu gün bir neçə il əvvəl olduğundan daha çətin bir sahədir." sözlərini deyib. Brown, həmçinin öz peyklərinə meydan oxumaq istəmədiklərini, hansı sahədən asılı olmayaraq, özlərini müdafiə etmək imkanlarına malik olduqlarına əmin olmaq istədiklərini bildirib.
    Paylaş
    Bənzər xəbərlər