
Afrikada inanılmaz bioloji kəşf edilib (VİDEO)
Cənubi Afrikadakı ekspedisiya zamanı amerikalı alimlər elmə məlum olan mikroorqanizmin yaşca ən böyüyünü kəşf ediblər.
Onun yaşı 2.5 milyard il təyin
olunub. Tapılmış qazıntı süxurlarında hamar divarlara sahib kürəşəkilli
bakteriya aşkar edilib. Aşkar edilmiş bakteriya, öz müasir üzvlərindən daha
böyükdür və oksigen miqdarının sıfıra bərabər olduğu yaşam mühitinə sahib birhüceyrəli orqanizmlərə oxşayır. Bu kəşf, Yer kürəsinin yarandığı ilkin mərhələlərdəki
canlı orqanizmlərin günümüzə qədər gəlib çıxdıqları ehtimalını təsdiqləyir.
Qeyd etmək lazımdır ki, o dövrlərdə indikindən fərqli olaraq atmosferdəki
oksigenin miqdarı 0.0001% idi. Geoloqların fikrincə aşkar edilmiş bakteriya
növü, Yer kürəsində nəzəri cəhətdən olmuş ilk superkontinent Vaalbaru-da məskənləşmişdir.
Həmin kontinent müasir Avstraliya ilə Afrika ərazilərinin birləşməsindən
yaranmışdır. 3.6 milyard il öncə yaranmış kontinent 2.5 milyard il öncə ikiyə
ayrılmağa başladı. Məhz həmin vaxtda qlobal oksigen inqilabı başladı. Yer kürəsinin
atmosferindəki qlobal dəyişikliklər səbəbindən oksigenə ehtiyac duymayan
orqanizmlər məhv oldular və onların yerinə yeni orqanizmlər yarandı.
Paylaş
Bənzər xəbərlər