Ağıllı robotlar kənd təsərrüfatını dəyişir
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Kanadanın Vaterlu şəhərində fəaliyyət göstərən Upside Robotics startapı qarğıdalı sahələrində günəş enerjisi ilə işləyən yüngül avtonom robotlar hazırlayıb. Şirkətin hədəfi həm fermerlərin xərclərini azaltmaq, həm də kənd təsərrüfatının ekoloji təsirini minimuma endirməkdir.
Startapın həmtəsisçiləri Jana Tian və Sam Duqan 2023-cü ildə təsadüfən tanış olduqdan sonra iqlim və kənd təsərrüfatına real təsir göstərə biləcək bir şirkət qurmaq qərarına gəliblər. Onlar ideyanı praktikada sınamaq üçün bir müddət Kanadada qarğıdalı sahələrinin kənarında kamp qoşqusunda yaşayaraq robotlarını sahədə test ediblər.
Upside Robotics əvvəlcə 2024-cü ildə 70 akr sahədə fəaliyyət göstərib. 2025-ci ildə isə bu rəqəm 1200 akra çatdırılıb. 2026 mövsümündə şirkət 3000 akrdan çox sahəyə xidmət göstərməyi planlaşdırır. Maraqlıdır ki, startap fəaliyyətə başladığı gündən etibarən 100 % müştəri saxlanma göstəricisinə nail olub.
Paylaş