
Airbnb servisi ümumilikdə 1 milyard dollar investisiya alıb
Mənzil icarəsi ilə məşğul olan məşhur servis Airbnb, növbəti investisiya raundu zamanı 1 milyard dollar investisiya alıb.
Crunchbase-in məlumatlarına əsasən bu ay keçirilmiş F
raundunda servis, 447.85 milyon dollar investisiya cəlb edib. Keçən ilin
Sentyabr ayında həmin raund zamanı isə servis, 555.46 milyon dollar investisiya
almışdı. 9 illik çalışma müddətdi ərzində servis ümumilikdə 3.4 milyard dollar
investisiya alıb. Məlumata əsasən sözügedən raundun yeni investorları "Google
Capital”, "TCV”, "Sequoia Capital” və "Andreessen Horowitz” fondları olub. Qeyd
etmək lazımdır ki, siyahıda olan ilk iki fond, raundun aparıcı investorları
olub. Hal-hazırda Airbnb-in qiyməti 31 milyard dollar təşkil edir. Bu göstərici
isə 2015-ci ildə sona çatmış investisiya raundu göstəricisindən 25% çoxdur.
Yeni investisiya imkanları, turistik proqramların və lüks mənzillərin icarəyə
verilməsi sahələrində şirkətin böyüməsi üçün nəzərdə tutulub. Məlumata əsasən Airbnb,
2016-cə ilin ikinoci yarısını gəlir iiə bitirmişdi. Servis bu il də gəlirli
olmağı planlaşdırır. Yaxın zamanda şirkətin, birjaya çıxmaq kimi br fikri
yoxdur.
Paylaş
Bənzər xəbərlər