
Ak-47 Kalaşnikov niyə bu qədər geniş yayılıb?
Digər
15.06.2017
Aynar
Mikayıl Kalaşnikov böyüyəndə şair olmaq istəyindəydi amma o
da bir çox rus gənci kimi özünü orduda tapdı. İkinci Dünya müharibəsinin
sonlarında bir əsgər yoldaşı Kalaşnikova "Niyə bizdə Almanlardaki qədər
inkişaf etmiş silahlar yoxdu?" sualını verəndə bir cavab verə bilmədi və
sonra bu mövzu onu narahat etməyə başladı. Müharibədən sonra ölkəsinə qayıdan
kimi nazilərin silahları üzərində çalışmaq qərarına gəldi və yığıdığı bütün təcrübələr
əsasında 1947-ci ildə Ak-47 Kalashnikovu hazırladı.

Ak-47-ni bu qədər məşhurlaşdıran səbəb nədir?
Bəziləri düşünürki Kalaşın bu qədər çox yayılmasının səbəbi
dəqiqliyidi. Yox. İstər Fransızların Faması, istərsədə Uncle Sam-in M seriyası
Ak-47-dən qat-qat daha effektiv silahlardı. Həm yaxın, həm uzaq məsafədə. Digər
tərəfdəysə Kalaşnikov demək olarki, hər cür şəraitdə problemsiz çalışır.
M16-nın içinə qum, palçıq düşdüyü an tıxansada, Ak47 daim atəş açır. Suyun
altındada tıxanmır və çox asan şəkildə hissələrə ayrıla bilir. Atış
mexanizmasının sadəliyisə tutulma hallarının çox nadir hallarda yaşanmasını təmin
edir. İstifadədən asılı olaraq Ak-47-nin ömrü 20-40 il arası dəyişə bilər.
Bütün bu səbələr Ak47-nin ucuz və etibarlı olması bütün
terror qruplaşmalarının Kalashnikov istifadə etməsinə səbəb yaradır. Dünyada
100 milyondan artıq Ak-47 istifadə olunur. Afrikanın birçox dövlət orduları əsas
silah kimi Kalaşnikov istifadə edir. Bu gün belə Ruslar Ak-47-nin üzərində
hazırladıqları silahları istifadəyə verillər. Al-74-dən sonra 2012-ci ildə
hazırlanan Ak-12 bu seriyanın hələki son nümunəsidir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
