
Alan Rickman vəfat edib
Böyük Britaniyada 69 yaşında məşhur aktyor Alan Rickman vəfat edib. Son aylar aktyor ankoloji xəstəlikdən əziyyət çəkirdi. Onun vəfatını ailə üzvləri təsdiqləyib. Alan Rickman 1946-cı ildə Londonda anadan olmuşdur. O dram incəsənəti üzrə kral akademiyasında təhsil almışdır. Öz karyerasına isə teatrda başlayan aktyor özünü həm yaxşı aktyor həmdə rejissor kimi təqdim etmişdir. Alan Rickman 50-ə yaxın filmdə rol almışdır. Onun ən məşhur rollarından biri isə "Harry Potter" film seriyasında canlandırdığı Severus Snape obrazıdır. Bundan əlavə olaraq o "Perfume: The Story of the Murderer", Sweeney Todd: The Demon Barber of Fleet Street", "Love Actually" kimi məşhur filmlərdə rol almışdır. Öz böyük karyerası ərzində o böyük film mükafatlarına laiq görülmədi. Yalnız 1997-ci ildə o "Qızıl Qlobus" mükafatına laiq görülmüşdür.
Paylaş
Bənzər xəbərlər