
'Alibaba Group' şirkətinin təsisçisi və Çinin ikinci ən varlı şəxsi olan Jack Ma haqqında 20 maraqlı fakt
Oğurlanma hadisəsindən tutmuş,
Michael Jackson paltarlarının geyinilməsinə kimi “Alibaba Group” holdinqinin təsisçisi
Jack Ma haqqında maraqlı hekayələr var. Harvard Universitetindən 10 dəfə rədd
cavabı almış və nəticədə Çinin ən varlı adamlarından biri olmuş Jack Ma-nın
hekayəsi həqiqətən də ilhamlandırır. Öz əzmliyi və təcrübələrə yönümlü xüsusiyyəti
sayəsində Ma, günümüzdə ən uğurlu şirkətlərdən birini yaratdı. Söhbət,
internet-kommersiya şirkəti olan “Alibaba Group”dan gedir. Sizlərə, Jack Ma
haqqında 20 maraqlı faktı təqdim edirik.
O, yaxşı tələbə olmayıb:
İlk baxışdan düşünmək olar ki, Ma,
yaxşı oxuyan bir tələbə olub. Lakin bu ele deyil. Ma-nın sözlərinə əsasən təhsil
barəsində onun çox zaman bəxti gətirmirdi. “Mən, başlanğıc məktəbdə iki dəfə kəsr
imtahanını, orta məktəbdə 3 dəfə imtahan verə bilməmişəm. 2 dəfə isə kollec
imtahanından kəsilmişəm” – deyə
Ma bildirib.
O, ingilis dilini 12 yaşında öyrənməyə
başlayıb:
12 yaşında Ma, ingilis dilini öyrənməyi
özünə məqsəd qoyur. 8 il ərzində o, hər səhər öz velosipedi ilə Quançjouda yerləşən
otelə gedirdi. Orda o, turistik təlimçi kimi çalışaraq həm pul qazanır, həmdə ğz
ingilis dili biliyini təkmilləşdirirdi.
Harvard Universiteti ona 10 dəfə rədd
cavabı verib:
Adətən bir rədd cavabı bəs edir
ki, bu universitet ilə bağlı planların üstündən xətt çəkilsin. Lakin Ma, adi
bir şəxs deyildi. Hər il keçirilən Ümumdünya İqtisadi Forumunun 2015-ci ildəki
tədbiri çərçivəsində müsahibələrin birində Ma, etiraf etdi ki, ona Harvard
Universitetindən 10 dəfə rədd cavabı gəlib.
O, kollecdən sonra kim olmaq istədiyini
bilmirdi:
Quançjou Pedaqoji Universiteti
bitirəndən sonra Ma, 30-yaxın iş vakansiyasına müraciət etsə də, ona hamısından
rədd cavabı gəldi. Həmin vaxtda o, kim olmaq istədiyini bilmirdi və iş yerlərinə
öz CV-ni göndərəndə hər bir vəzifəni qeyd edirdi. Hətta polis vəzifəsini belə.
KFC ona rədd cavabı verdi:
Kollecdən sonra Ma-nın müraciət
etdiyi 30 iş vakansiyası arasında həmçinin KFC-də restoran əməkdaşı vəzifəsi də
var idi. KFC, 24 namizəddən 23-nü işə götürdü. Ma, yeganə şəxs idi ki, ona rədd
cavabı gəlmişdi.
O, “Forrest Gump” filmini sevir:
Forrest Gump, Jack Ma üçün nümunəvi
personajdır. Gump kimi Ma da, məktəb vaxtlarında onu incidən uşaqlarla mübarizə
aparır və nəticədə uğur qazanmışdı. “Mən bu filmi ən azı 10 dəfə izləmişəm.
Kefim olmayanda həmişə bu filmi izləyirəm. Mən hətta onu, Nyu Yorka gəlməmişdən
öncə də izləmişəm” – deyə Ma, müsahibələrindən birində etiraf edib.
O, müəllim vəzifəsində çalışaraq ayda 12-15$ pul qazanırdı:
Quançjou Pedaqoji Universitetini
bitirəndən sonra şans onun üzünə güldü. Ma, 500 tələbədən yeganə şəxs idi ki,
universitetdə dərs demək təklifi almışdı. Ma-nın sözlərinə əsasən universitetdə
ingilis dərsi keçən vaxtlarda onun aylıq gəliri 12-15$ təşkil edirdi.
Onun internetlə ilk tanışlığı,
1995-ci ildə baş tutdu:
1995-ci ildə o, Sietlda tərcüməçi
kimi çalışan zaman, dostu ona interneti göstərdi. Onun, Yahoo axtarış sistemindəki
ilk axtarış sorğusu “pivə” idi. Beləliklə Ma, müəyyən etdi ki, Yahoo-da Çin barədə
məlumat yoxdur. Beləliklə o, China Pages adlı saytı istifadəyə verməyə qərara
aldı.
Onu oğurlayıb silah ilə hədələyiblər:
ABŞ-a ilk səyahəti çərçivəsində
Ma, öz dostunun adından amerikalı bir iş adamının borclu olduğu pulu götürmək
üçün Kaliforniya ştatının Malibu şəhərinə getməli idi. Nəticədə həmin iş adamı,
Ma-nı öz evində dustaq kimi saxlayaraq onu silahla hədələyirdi. Bir neçə gündən
sonra həmin şəxs, Ma-nı, Las Veqasa gətirdi. Las Veqasda, Ma, çinli iş
adamlarından ibarət bir qrupla görüşməli idi. Həmin mərhələdə ilkin kapitala
sahib olmayan Ma, Las Veqasdakı oyun avtomatları sayəsində 600$ qazanmış və
Sietla qayıdış bileti almışdır.
Onun ilk sahibkarlıq təcrübəsi,
uğursuzluqla nəticələndi:
Çində internetin məşhurlaşdırılması
səbəbilə China Pages layihəsini işə salmaq üçün dostlarından borca 2000$
götürmüş Ma, başa düşdü ki, hər şey planlaşdırıldığı kimi getmir. Öz kiçik
evində qurduğu serverlə çalışan zaman Ma gördü ki, saytdakı səhifələr 3 saatdan
çox müddətə açılır. Həmin vaxtda onun əsas rəqibi “China Telecom” idi. O, ortaq müəssisənin
yaradılması üçün “China Telecom”dan 185.000$ investisiya almışdı. Sonda isə Ma
anladı ki, özünü hələ biznesdə tapmayıb. Nəticədə isə o, Çinin, Xarici Ticarət və İqtisadi Əməkdaşlıq nazirliyinə işə düzəldi.
Jack Ma, Alibaba-nın istifadəyə
verilməsini, videoda anons etdi:
İnternetin, Çində irimiqyaslı
istifadəsi üçün Ma, 1999-cu ildə yeni biznes ideyası qurdu. Beləliklə kiçik və
orta biznes üçün özünün elektron kommersiya platformasını işə salmaq ötrü Ma,
18 dostundan ümumilikdə 60.000$ borca pul götürdü. Quançjoudakı kiçik evində
keçirilmiş görüş zamanı, Ma, video vasitəsilə Alibaba-nı dünyaya təqdim etdi.
“Alibaba” şirkətinin adı, məşhur
nağıldan götürülüb:
Ma, öz şirkəti üçün adı, Əlibaba və
qırx quldur barəsində olan həmin nağıldan götürüb. Belə ki, Ma, günlərin birində
böyük zənginliklər tapmış kasıb şəxs haqqında nağıldan ilhamlanmışdı.
Şirkəti inkişaf etdirən zaman, Ma
və onun komandası, səhvlər edirdilər:
Ma-nın təcrübəsi, onun qarşısına
çıxmış çətinliklər və səhvlər olmasaydı, çətinki dünya biznes tarixinə düşərdi.
O, “Alibaba”nın uğurlu olmasını, 3 əsas faktorla izah edir. Pulun,
texnologiyaların və planın olmaması. O bildirib ki, məhdudlaşdırılmış
resurslar, onun komandasını daha məhsuldar edib. Burda əsas səbəb kimi həmdə
kiçik investisiyalar da çıxış edir. Belə ki, Ma, onları daha səmərəli şəkildə xərcləməli
idi. Hətta “Alibaba”, böyük bir şirkətə çevriləndən sonra da, sürətlə inkişaf
etmək niyyətində idi və bunun yolunda Ma, bir çox işçiləri işlərindən azad
edirdi. Ma-nın bildirdiyinə görə 2002-ci ildə şirkətin ümumi gəliri 1$ təşkil
edirdi.
“Alibaba”, IPO vasitəsilə ən çox vəsait
yığma rekorduna sahibdir:
“Alibaba”, IPO-ya çıxan zaman o,
25 milyard dollar vəsait əldə edərək dünya rekorduna imza atmış və “Facebook”, “Visa”
kimi şirkətləri geridə qoymuşdu.
Lakin, Jack Ma, şirkətin özəl
olaraq qalmasını istəyirdi:
2015-ci ildə Ma bildirdi ki, o,
şirkəti, özəl olaraq saxlamaq istəyirdi. “Hal hazırda IPO şəraitində işlər çox
pisdir. Əgər mən, həyatı yenidən yaşasaydım, onda şirkəti, özəl olaraq
saxlayardım” – deyə o bildirib. IPO-ya çıxandan sonra şirkət, diqqət mərkəzində
idi. O, investorların, maliyyə tənzimləyicilərin və kütləvi informasiya vasitələrinin
diqqətlərini öz üzərinə çəkmişdi. Jack Ma, artıq böyük səhnədə oynayırdı və
bütün dünya ona baxırdı.
Ma-nın sözlərinə əsasən onun,
texnologiyalardan o qədər də anlayışı yoxdur:
Ma bildirib ki, dünyanın ən böyük
texnoloji şirkətlərindən birinə sahib olmasına baxmayaraq o, informasiya
texnologiyaları barəsində çox da məlumata sahib deyil. “Mənnim, informasiya
texnologiyalarından ümumiyyətlə başım çıxmır. Bildiyim tək şey, kompüterdən istifadə
edərək saytdakı səhifələri çevirmək və elektron poçt vasitəsilə məktubları göndərib,
qəbul etməkdir” – deyə Ma bildirib.
O, səhnədə çıxış etməyi sevir:
Ma, müxtəlif şoular yaratmağı
sevir. 2009-cu ildə şirkətin 10 illiyi şərəfinə təşkil olunmuş partidə o, açıq
rəngli parik taxaraq, məşhur “The Lion King” animasiya filmindəki mahnının
müşaiyəti ilə çıxış etmişdi. Bu il keçirilmiş korporativ tədbir zamanı isə o,
Michael Jackson-un paltarını geyinərək, məşhur “Billie Jean” mahnısı ilə çıxış
etmişdi.
O, Çinin ikinci ən varlı şəxsidir:
Forbes-un məlumatlarına əsasən bu
ilin sentyabr ayına əsasən Ma, Çinin ikinci ən varlı şəxsidir. Belə ki, onun səhmlərinin
ümumi dəyəri, 39 milyard dollar qiymətləndirilib.
Ma, özünü qoca hiss etdiyi üçün
şirkətin CEO vəzifəsindən gedib:
2013-cü ildə Ma, şirkətin CEO vəzifəsindən
ayrıldı. “Mənim 48 yaşım var. Mən, belə sürətlə böyüyən biznesi idarə etmək
üçün əvvəlki kimi cavan deyiləm. 35 yaşında mən daha enerjili və kreativ biri idim” – deyə o həmin vaxtda bildirmişdi.
Şirkətin CEO vəzifəsindən gedərək,
Ma, sosial problemlərə diqqətini yönəltdi:
Financial Times ilə müsahibəsində
Ma, şirkətin CEO vəzifəsindən ayrılandan sonra hansı işlərlə məşğul olacağı
haqqında fikirlərini bölüşdü. “Çində hava, su və qida məhsullarının çirklənməsi
səbəbilə 10-20 ildən sonra biz ciddi problemlərlə qarşılaşacağıq. Bu problemlərin
arasında sürətlə yayılacaq xərçəng xəstəliyi də olacaq. Buna görə də bu, mənim,
diqqətimi və resurslarımı ayıracağım sahələrdən biridir” – deyə Ma, öz müsahibəsində
bildirmişdi.
2014-cü ildə “Alibaba”, “Citic 21CN” adlı şirkətin bir hissəsini
alaraq öz adını “Alibaba Health Information Technology Ltd.”ə dəyişmişdi. Həmin
vaxtdan xəstəxanaları və aptekləri, online formata keçirtmək üçün Ma, çoxlu
miqdarda vaxtını və resurslarını sərf etmişdi. Həmin ildə o həmçinin təhsil, ətraf
mühit və səhiyyə sahəsində olan problemlərin həllinə yönəlik Jack Ma adına fond
da yaratdı. 2015-ci ildə öz fondunun ehtiyacları üçün 2.4 milyard dollar
bağışlayaraq o, Çinin ən böyük xeyriyyəçisi adına laiq görülmüşdü.
Mənbə: www.Entrepreneur.com (Rose Leadem)
Paylaş
Bənzər xəbərlər