
"Alien: Covenant" filminin ilk traileri
Prometheus komandasının sağ qalmış üzvləri Elizabeth və
android David, mühəndislər adlı yadplanetli sivilizasiyanın sirlərini açmaq
üçün bir addım da atdılar. İndi isə əsas məsələ həmin yadplanetli
sivilizasiyanın doğma planetinin hansı dəhşətli həqiqətləri gizlətdiyini öyrənməkdir.
Qeyd etmək lazımdır ki, yeni film, "Prometheus”un davamıdır. Rejissoru Ridley
Scott-un olduğu filmdə baş rolları Michael Fassbender, Katherine Waterston, James Franco, Noomi Rapace, Guy
Pearce, Danny McBridge və digərləri canlandırıblar. "Alien: Covenant” filminin premyerası gələn
ilin May ayında baş tutacaq.
Paylaş
Bənzər xəbərlər