Logo
    main-post-cover

    Alimlər beyin qocalmasının qarşısını alıblar

    Digər
    08.05.2017

    Kvinslend Universitetinin mütəxəssisləri yeni növ ultrasəs müalicəsini təcrübədən keçirdiblər.

    Mütəxəssislər laboratoriya siçanlarının beyinlərinin qocalma prosesini ləngitməyə nail olublar. Təcrübə çərçivəsində alimlər 6 həftə boyunca siçanlara ultrasəs ilə təsir ediblər. Daha sonra onlar müalicənin nəticələrini müşahidə ediblər. Qocalma prosesi, beynin emosiya yaranmasınayaddaş idarəsinə cavabdeh olan bölmələrinin hüceyrə quruluşunu dəyişir. Təcrübə sonrası məlum olub ki, ultrasəs müalicəsi siçanların beyinlərinin qocalma prosesini ləngidiblər. Yaddaşın idarəolunması bölməsi hətta müalicədən 3 ay sonra belə dəyişməyib. Təcrübənin müəllifi Robert Xetç-in sözlərinə əsasən müalicə siçanların orqanizmlərinə heç bir mənfi təsir göstərməyib. Hələki bu müalicə üsulunun insan beyni üçün müsbət nəticələrin verəcəyi zəmanəti yoxdur. Növbəti mərhələdə alimlər bu üsulu orta yaşlı heyvanlarda yoxlayacaqlar.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Alimlər beyin qocalmasının qarşısını alıblar | Technote