
Alimlər dondurmanın insana olan xeyrini müəyyən ediblər
Körin Universitetindən olan yaponiyalı alimlər dondurmanın insan beyninə xeyrini müəyyən ediblər.
Belə ki, onlar səhər yeməyində
dondurma qəbulunun insanın zehni aktivliyini və beynin çalışqanlığ qabiliyyətini
artırdığını öyrəniblər. "Technote.az"ın "Lenta.ru"a istinadən verdiyi xəbərə əsasən öz təcrübələrində alimlər təcrübədən keçən insanlara səhər yeməklərini
dondurmadan başlamalarını söyləmişdilər. Daha sonra həmin insanlar, onların
reaksiyalarını və analitik bacarıqlarını yoxlayan kompüter testindən keçiblər.
Tədqiqatçı qrupun rəhbəri professor Yoshihiko Koga bildirib ki, səhər yeməyində
dondurma qəbulu insanların beynindəki alfa dalğaların tez bir zamanda
stimulyasiyasına gətirib çıxarırdı. Təcrübələr nəticəsində məlum olub ki, səhər
yeməyində dondurma qəbul etmiş insanlar müəyyən məsələlərin həllini daha tez
yerinə yetirirdilər. Bununla yanaşı alimlərin fikrincə burda məsələ dondurmanın
özündə deyil, onun sadəcə soyuq olmasındadır. Onların fikrincə dondurma, insan
beynini yuxu prosesindən tez bir zamanda oyadır. Lakin dondurma digər soyuq
qida ilə əvəz olunandan sonra həmin effektiv nəticələr əldə olunmayıb.
Hal-hazırda alimlər, zehni xüsusiyyətlərin nəyin hesabına yaxşılaşdığını dəqiq
bilmirlər.
Paylaş
Bənzər xəbərlər