main-post-cover

    Alimlər, Günəş sistemində daha iki planetin olduğunu bildiriblər

    Digər
    23.06.2017
    Farid Pardashunas

    Arizona Universitetindən olan astronomlar Kathryn Volk və Renu Malhotra, Günəş sistemində daha iki planetin olma ehtimalını irəli sürüblər.

    Onlar bu ehtimalı asteroidlərin qeyri-adi hərəkətləri və Koyper kəmərindəki cırtdan planetlərin hesabına irəli sürüblər. Alimlərin sözlərinə əsasən X planeti, Yer kürəsindən 10 dəfə daha çox kütləyə sahibdir və o, Günəşdən 41 milyard kilometr uzaqlıqda yerləşir. Həmin planet, Günəş ətrafında tam dövrü isə 15.000 il ərzində edir. Bu səbəblə onu aşkar etmək çox qəlizdir. Bizə məlum olmayan ikinci planet isə Mars planeti ilə eyni ölçüdədir. Alimlər, Koyper kəmərinin müxtəlif hissələrində olan obyektlərin orbitlərini müşahidə ediblər. Həmin müşahidə zamanı onlar cırtdan planetlərdən ibarət iki qrupu aşkar ediblər. Həmin planetlər maraqlı əyilməyə sahibdirlər və Günəş sisteminin sərhədlərində yerləşən obyektlərə nəzərən daha dartılmış şəkildə orbitlərə sahibdirlər. Birinci qeyri-adi özəlliyə sahib cırtdan planetlər qrupu, X planeti ilə, ikinci qeyri-adi özəlliyə sahib cırtdan planetlər qrupu isə digər böyük planet ilə əlaqəlidir. Mars ölçüsündə olan planet, Koyper kəmərinə yaxın hissədə yerləşir və onun aşkar edilməsi daha tez baş verə bilər. Çox güman ki, qalaktikamızın parlaq diski həmin planetin parlaqlığını əks etdirməyə imkan vermədiyi üçün indiyənə kimi o, teleskoplar vasitəsilə aşkar edilməmişdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər