
Alimlər ilk yerdən kənar həyat formasını meteoritdə aşkar ediblər
Kanadalı alimlər Sen-Tomas buzlaqlarına düşmüş meteoriti incələyiblər.
Meteoritin daxilində onlar bu
dünyaya aid olmayan mikroorqanizmlər aşkar ediblər. Hər halda bu cür
mikroorqanizmlərə indiyənə kimi Yer kürəsində rast gəlinməyib. "Technote.az"ın "Hi-tech.mail.ru"a istinadən verdiyi xəbərə əsasən meteoritin
daxilində aşkar edilmiş mikroorqanizmlər insan tərəfindən tapılmış ilk dünyadan
kənar həyat forması ola bilər. Meteoritlərin müşahidəsi ilə məşqul olan
planetologiya mərkəzinin direktoru Piter Braun-un sözlərinə əsasən meteorit Yer
kürəsinə 18 Mart tarixində düşüb. Braun öz həmkarı Fil MakKosland ilə birlikdə
meteoritin qalıqlarını taparaq onları incələmişdir. Məhz qalıqları incələyən
zaman onlar, qeyri-adi həyat formasını aşkar ediblər. "Biz gördük ki,
meteoritin mineral fraqmenti mikroskopik çuxurlar ilə örtülüdür. Biz düşündük
ki, bu məhv olmuş həyat formasının izləri ola bilər. Orqanizmlərin çox hissəsinin
sağ olduğunu görəndə biz çox təəccübləndik” – deyə Fil MakKosland bildirib.
Alimlər həmin orqanizmlərin çox hissəsini nümunə kimi götürüblər. Onlar bu məsələni
sirr olaraq saxlamaq niyyətində deyillər və bu tədqiqata dünyanın müxtəlif yerlərindən
olan alimləri cəlb etmək istəyirlər. Onlar bildirirlər ki, yeni həyat forması
haqqında bütün məlumatları əldə etmək üçün illərlə vaxt lazım ola bilər.
Paylaş
Bənzər xəbərlər