
Alimlər insanların bir-birini öldürmələrinin səbəbini izah ediblər
Tədqiqatçılar insanların bir-birini nə üçün öldürdükləri sualına cavab verməyə çalışıblar.
Onlar bunu təkamül ilə əlaqələndiriblər.
Zorakılığın təbiəti barəsində mübahisələr heç vaxt səngimək bilmir. Bu haqda
bir sıra vacib versiyalar mövcuddur. Həmin versiyalardan birini fransız filosof Jan Jak Russo vaxtı ikən demişdir. O düşünürdü ki, sivilizasiyanın yarandığı
vaxtdan bəri insanlar bir- biriləri ilə harmoniya içərisində yaşayıblar.
Zorakılığın birdən birə inkişaf mərhələsini o, şəxsi mülk ilə əlaqələndirirdi. Öz
növbəsində ingilis filosofu Tomas Qobbs düşünürdü ki, insan təbii halında çox
aqressivdir. İndi isə ispan tədqiqatçı Markos Mendes və onun həmkərları iki
versiyanı da yoxlamağa qərar veriblər. Bunun üçün onlar xüsusi riyazi modeldən istifadə ediblər. Mütəxəssislər 137 növ məməlinin ölüm göstəricilərinə nəzər
yetiriblər. Onlar həmçinin tarixdən qabaqki insanların ölüm səbəblərini analiz
ediblər.
Tədqiqatçılar öyrəniblər ki, məməlilər
digər məməliləri çox nadir hallarda öldürürlər. Bu göstərici 0.3% təşkil edib.
Lakin konkret olaraq insanabənzər meymunlara nəzər yetirdikdə bu göstərici 1.8% təşkil eir. Tarixdən öncəki dövr insanlarda isə 2%-dir. Bununla belə
sivilizasiya insanı az dərəcədə qəddar etməyib. Məsələn keçmiş antik dövrdə zorakılıqla edilmiş ölümlərin faiz göstəricisi ibtidai sinif mühitinin göstəricisindən
yüksək olub. Lakin insanın özünə oxşar irqə qarşı göstərdiyi qəddarlıq təbiəti
necədir? Alimlər özləri düşünürlər ki, qəddarlığa meyllilik Homo Sapiens-in təkamül
dövrü çərçivəsində olmuşdur. Buna sübut kimi onlar müasir meymunları misal gətiriblər.
Böyük qrup heyvanlar olduqda zorakılığın da səviyyəsi qalxır. Qeyd etmək
lazımdır ki, müasir inkişaf etmiş ölkələrdə zorakılıq göstəricisi nisbətən
aşağıdır.
Paylaş
Bənzər xəbərlər