
İnsanın üz ifadəsinə görə onun kasıb və ya varlı olmasını müəyyən etmək olar mı?
Toronto Universitetinin mütəxəssisləri öyrəniblər ki, beyində olan xüsusi neyron qrupu, insanın üz ifadəsini hesablayaraq onun sosioloji statusunu təyin edir. Buna görə də Toronto Universitetinin alimləri çox maraqlı psixoloji təcrübə reallaşdırıblar. Təcrübədə iştirak etmiş tələbələr, ailələrinin gəlirlərindən asılı olaraq 2 qrupa bölünüblər. Birinci qrupa o tələbələr daxil olub hansıların ki, ailələrinin illik gəliri 60.000$-dan aşağı olub. İkinci qrupa isə daha varlı tələbələr daxil olub. Onların ailələrinin illik gəlirləri isə 100.000$-dan çoxdur. Onlardan neytral vəziyyətdə heç bir müsbət emosiya əks etdirməyən üz ifadəsi ilə şəkil çəkdirmək xahiş olunub. İlk 2 qrup ilə tanış olmayan 3-cü qrup tələbələrdən isə həmin şəkillərə baxmaq və şəkillərdə əks olunmuş şəxslərdən hansıların kasıb və ya varlı olmalarını müəyyən etmək xahiş olunub.
Bu zaman təqdim olunmuş şəkillərdən əlavə olaraq heç bir digər
məlumat verilməyib. Şəkillərə baxan insanlar, 53% halda şəkillərdə əks olunmuş
şəxslərin sosioloji statuslarını düzgün təyin ediblər. Alimlərin sözlərinə əsasən
isə bu cür nisbət göstəricisi halında istənilən təsadüfi seçim yolverilməzdir. Sizin
sosial statusunuzu üzünüzdəki kiçik hissədə yerləşən 43 əzələ qrupu əks
etdirir. Bununla yanaşı üz ifadəsi neytral olmalıdır. Belə ki, sevinc və ya qəzəb
kimi emosiyalar bu özəllikləri gizlədə bilər. Alimlərin sözlərinə əsasən məhz
neytral üz ifadəsində həyat təcrübəsi əks olunur və beləliklə insanın varlı və
ya kasıb olmasını müəyyən etmək mümkündür. Bu təcrübə uşaqlarda işləmir.
Sözügedən təcrübə isə 18-22 yaşlı insanlar arasında aparılıb. Gələcəkdə alimlər
bu təcrübəni 40 yaşlı insanlar üzərində aparmağı planlaşdırırlar.
Şərh yoxdur