Alimlər: 'Koronavirusun qarşısını ala bilməyəcəyimiz ehtimallara hazırlaşmalıyıq"

Alimlər: 'Koronavirusun qarşısını ala bilməyəcəyimiz ehtimallara hazırlaşmalıyıq"

Digər
28.01.2020 PAYLAŞIM

    İlk tədqiqatlar onu göstərir ki, Çində ortaya çıxmış koronavirus inkubasiya dövrü zamanı bir insandan digər insana keçmək sayəsində çox yoluxucudur. Əgər Çin hökuməti bu virus ilə mübarizədə uduzsa biz, qrip kimi bu xəstəliyin yayıldığı bütün dünyada yaşamalı olacağıq. 2019-nCoV koronavirusunun yayılması modellərindənn çoxu onu göstərir ki, artıq indi bu virusa yoluxmuşların sayı Çin hökumətinin verdiyi rəqəmlərdən çox yüksəkdir. “Biz onun barəsində nə qədər çox məlumat alsaq, bizim onun yoluxmasının ictimai səhiyyə tədbirləri vasitəsilə qarşısını ala bilməmək ehtimalımız daha da yüksək ola bilər” - deyə Allison McGeer adlı epidemioloq qeyd edib.

    Allison McGeer 2003-cü ildə SARS ilə, 2012-ci ildə isə MERS ilə çalışıb. Bunlar koronavirusun əvvəlki hallarıdır. Bu barədə Scientific American saytı xəbər verib. Çinin səhiyyə naziri etiraf edib ki, sözügedən xəstəlik insanlar arasında inkubasiya dövrü zamanı yayıldığı üçün onun qarşısını almaq qəliz olacaq. Rəsmi məlumatlara əsasən artıq bugün səhərə Çində 4547nəfər bu virusa yoluxub və 107 nəfər vəfat edib. Bu virusdan ilk ölüm hadisəsi Pekində qeydə alınıb. Allison McGeer qeyd edib ki, bu vəziyyətdə Çin insanlığın son sərhədidir.


    Əgər virusun qarşısı alınmasa biz onun hər yerdə yayıldığı bir dünyada yaşamalı olacağıq. O həmçinin qeyd edib ki, bu məsələdə milli səhiyyə sistemlərini ciddi dəyişikliklər gözləyir. Hal hazırda bir çox inkişaf etmiş ölkələrdə sezon epidemiyası kimi qrip çıxış edir. Ölümcül koronavirus isə digər tədbirləri tələb edəcək. Pessimistik qiymətləndirmələr ilə həmçinin Londonun İmperiya kollecinin epidemioloqu Neil Ferguson da razıdır. Onun sözlərinə əsasən ən böyük “şanslı vəziyyət” ondan ibarətdir ki, digər ölümcül koronavirus olan SARS insanlarda simptomların ortaya çıxmasından əvvəl yayılmırdı.

    Bundan əlavə olaraq həmin simptomlar daha nəzərə çarpan tərzdə idilər. Çində yayılmağa başlamış koronavirusa yoluxmuş insanlar heç özləri də bilmirlər ki, bu virusa yoluxublar və bu səbəbdən həkimə müraciət etmirlər. Tədqiqatçıların məlumatlarına əsasən sözügedən inkubasiya periodu 2 həftəyə yaxın çəkə bilir. Neil Ferguson-un hesablamalarına əsasən artıq indi Çində bu virusa yoluxmuş 100.000 şəxs var. Yəni Çin hökumətinin ortaya çıxartdığı göstəricidən 20 dəfə daha çox. “Çində və bütün dünyada görülən ciddi tədbirlərin görülməsinə baxmayaraq biz o ehtimalı nəzərə almalıyıq ki, biz, epidemiyanın qarşısını ala bilməyəcəyik” - deyə Neil Ferguson qeyd edib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×