Alimlər kosmosdan olan gizli siqnalı aşkar ediblər

08.08.2018 0 PAYLAŞIM 537 OXUNMA

    2 millisaniyəli xronometraja sahib radiosiqnalı Kanadanın CHIME adlı teleskopu aşkar edib. Sözügedən radiosiqnalın tezliyi bu cür siqnallar üçün ən aşağısı olub (580MHz). Adətən bu cür radiosiqnalların tezliyi 700 MHz-dən aşağı olmur. Buna bənzər radiosiqnal ilk dəfə 2007-ci ildə aşkar edilmişdi. Növbəti 10 ərzində astronomlar daha bir neçə bu cür siqnal aşkar etməyi bacardılar. Lakin aşkar edilmiş siqnallardan heç birinin mənbəyi dəqiq olaraq təyin oluna bilmıədi. Sürətli radiosiqnallar həmişə çox güclü olurlar.


    Bu cür siqnalın birinin enerjisi bizim Günəşin 10.000 il ərzində generasiya etdiyi enerjiyə bərabərdir. Sürətli radiosiqnalların yaranması üzrə bir çox ehtimallar var. Onlardan ən çox yayılmışı isə iki neytron ulduzunun birləşməsidir. Bir sıra alimlərin fikrincə belə güclü radiosiqnalları Süd Yolu qalaktikasının ulduzları yarada bilərlər. Lakin qeyri-adi güc və onların mənbəyinin dəqiq bilinməməsi həmin radiosiqnalları yadplanetli sivilizasiyanın fəaliyyəti ehtimalına həsr edirlər. Kim bilir, bəlkə də Kanadada yerləşən CHIME adlı teleskop yadplanetli sivilizasiyanın dialoqunun kiçik bir hissəsini aşkar edib?