
Alimlər qeyri-adi planet kəşf ediblər (VİDEO)
Yer kürəsinin orbiti üzrə dövr edən Hubble teleskopu 2007-ci ildə OGLE-2007-BLG-349 adlı ulduz sistemini kəşf etmişdir.
Həmin ulduz sistemi bizim planetdən 8000 işıq ili uzaqlığında
yerləşir. Lakin alimlər indi onun əsas sirrini aşkar ediblər. Belə ki, sözügedən
ulduz sistemində planetlərdən biri iki günəş ətrafında dövr edir. Alimlər
planeti qravitasiya mikrolinziyası üsulu ilə aşkar ediblər. "Technote.az”ın "Hi-tech.mail.ru”a
istinadən verdiyi xəbərə əsasən bu üsul iki ulduzun teleskop ilə eyni düz
istiqamətdə yerləşəndə istifadə olunur. Bu halda ən yaxın ulduzun qravitasiya
sahəsi linza rolunu oynayır. Yəni o daha uzaqda yerləşən ulduzun işığını
böyüdür. Bununla yanaşı əgər yaxın ulduzun ətrafında planet varsa onun
qravitasiya sahəsi sistemin işinıə təsir edir.
Alimlər aşkar ediblər ki, bu sistemdə iki ulduz var.
Onlar bir-birlərindən 11 milyon km uzaqlıqda yerləşirlər. Müqayisə üçün qeyd edək
ki, Yer kürəsi ilə Günəş arasındakı məsafə 149.6 milyon km-dir. Bundan əlavə
olaraq ulduz sistemində OGLE-2007-BLG-349(AB)b planeti yerləşir. Həmin planet
ölçüsünə görə Saturn-a bərabərdir. O orbit üzrə hər iki ulduz ətrafında 482
milyon km uzaqlıqla dövr edir. Hər iki ulduz ətrafında bir dövr müddəti Yer kürəsindəki7 ilə bərabərdir.
Paylaş
Bənzər xəbərlər