Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO)

Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO)

Digər
25.05.2020 PAYLAŞIM

    Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin bəziləri bu cür fikirlə razı deyillər. Alimlər son müşahidələr çərçivəsində yenin planetin necə yarandığını təyin etməyi bacarıblar. Bu isə öz növbəsində planetlər daxilində və bütöv kainatda baş verən prosesləri dərindən incələməyə imkan verir. Bu barədə Ubergizmo saytı xəbər verib.


    Astronomların fikirlərinə əsasən onlar mümkün olmayan kəşfi reallaşdırıblar. İndiyənə kimi planetlərin necə yarandıqları üzrə çoxlu suallar mövcud idi. Məlum olub  ki, Cənubi Avropa rəsədxanasının böyük teleskopu tarixdə ilk dəfə yeni planetin yaranmasını müşahidə edib. Bu, mövcud olan nəzəriyyələrin təsdiq olunması ilə yanaşı həmçinin planetlərin daxilində gedən proseslər barədə dərin məlumatlar verəcək. Təqdim edilmiş videoda Auriga adlı ulduz sistemində yerləşən və Yer kürəsindən 520 işıq ili uzaqlığında olan AB Aurigae adlı obyektin ətrafındakı toz və qaz burulğanı əks olunub.

    Alimlər güman edirlər ki, spiralların daxilində yeni yaranan planet mövcuddur. Həmin yaranan planet isə toz və qaz burulğanını yaradır. Görünür, yeni yaranan planet bu prosesin tam mərkəzində yerləşir. “Bu, planetlərin yaranması üzrə olan nəzəri modellər ilə uyğunlaşır. Bir spiral orbit daxilini əhatə edir, digər spiral isə mərkəzdə birləşərək xarici istiqamətdə genişlənir. Beləliklə həmin spirallar ətrafda olan toz və qazı yaranan yeni planetə yığaraq onu genişləndirirlər” - deyə astronomlar qeyd ediblər.



DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..


Türk dizaynerdən möhtəşəm Windows 20 konsept dizaynı (Video)

Türk dizayner olan Kamer Kaan Avdan hələ mövcud olmayan Windows 20 üçün möhtəşəm bir konsept dizayn ..

×