Logo
    main-post-cover

    Alimlər xoşagəlməz xatirələrdən necə qurtulmağın yolunu söyləyiblər

    Digər
    07.05.2017
    Farid

    Çinli və amerikalı neyrbioloqlar xoşagəlməz xatirələrlə effektiv mübarizə yolunu kəşf ediblər.

    İnsanın yatmazdan əvvəl qəbul etdiyi neqativ məlumat bir qayda olaraq yaddaşda daha yaxşı qalır. Bu zaman alimlər qısa müddətli yaddaşın uzun müddətli yaddaşa keçid etdiyini müşahidə ediblər. Beləliklə alimlər müəyyən ediblər ki, xoşagəlməz məlumat əldə edilən zaman bir müddətlik yuxuda qalmaq daha məsləhətlidir. "Technote.az"ın "Mir24.tv"ə istinadən verdiyi xəbərə əsasən bu cür nəticəyə alimlər 73 tələbəni müşahidə edəndən sonra gəliblər. Alimlər həmin tələbələrdən insanlarla bağlı neqativ xatirələri uzaqlaşdırmalarını xahiş ediblər. Müşahidədə iştirak etmiş tələbələri həmçinin maqnit-rezonanslı tomoqrafiya vasitəsilə də müayinə ediblər. Neyrofizioloqların fikrincə xoşagəlməz xatirələri uzaqlaşdırmaq, posttravmatik stressdən əziyyət çəkən insanların müalicə dövründə daha yararlıdır.
     
    Paylaş
    Bənzər xəbərlər