Alimlər yadplanetlilər ilə ünsiyyət üçün yeni dil yaradacaqlar

12.06.2018 0 PAYLAŞIM 651 OXUNMA

    Yeni dilin yaradılmasında METI (Yer kürəsindən kənar sivilizasiyaların axtarışı üçün tərtib edilmiş layihə) layihəsinin iştirakçıları məşğul olacaqlar. Bu işdə onlara NASA da kömək edəcək. Yaradılacaq yeni dilin əsas məqsədi yadplanetli sivilizasiyaya Yer kürəsində yaşayan insanların xoş niyyətlərə sahib olduqlarını isbat etməkdir. Yeni dilin yaradılmasından sonra linqvistlər kosmosa mesaj göndərmək istəyirlər. Beləliklə həmin mesajı əldə edəcək yadplanetli sivilizasiya onu oxuya, anlaya və ya hansısa digər üsulla dərk edə bilər. Bu barədə Daily Mail saytı xəbər verib.

    Yadplanetli sivilizasiya ilə ünsiyyət üçün Yer kürəsindəki heç bir dil yaramır. Onlarla ünsiyyət üçün tamam fərqli bir şey lazımdır. “Məşhur linqvist Noam Chomsky həmişə deyib ki, əgər marslılar Yer kürəsinə gəlsələr, onlara elə gələcək ki, insanlar eyni dilin dialektlərində danışırlar. Yer kürəsində olan bütün dillər oxşar struktura sahibdirlər. Yadplanetli sivilizasiyanın dili heç olmasa biraz da olsun bizim dili xatırladacaqmı? Mən buna şübhə edirəm” – deyə METI layihəsinin təsisçisi Douglas Vakoch bildirib.

    Lakin bir çox alimlər (Noam Chomsky də onlara daxildir) əmindirlər ki, yadplanetli sivilizasiya ilə ünsiyyət üçün Yer kürəsində olan hansısa dil strukturuna sahib dil də kifayət edir. Onlar əmindirlər ki, yadplanetli sivilizasiyalar da bizim kimi öz dillərini öyrənirlər. Təkrarlanan sözləri yadda saxlayır və onları daha qəliz cümlələrdə işlədirlər. Lakin bu o halda düzgün olar ki, əgər yadplanetlilərin beyni biraz da olsun insan beyninə bənzəsin. Bununla belə onlar ümumiyyətlə beyinlərə sahib olmaya bilərlər. Buna görə də Yer kürəsində kommunikasiya üsulları onlar üçün müəmmalı qalacaq.