
Alimlər yuxunun əsl mahiyyətini təyin ediblər
Amerikalı alimlər yuxu barəsində çox maraqlı nəticəyə gəliblər.
Belə ki, onların fikrincə yuxu, müəyyən
xatirələrin pozulmasına, digərlərinin isə yadda qalması üçün lazımdır. Alimlər
sözügedən nəticəni iki qrup siçan üzərində aparılmış təcrübə əsasında
çıxardıblar. Təcrübə zamanı birinci qrup siçanlar yatmış, ikinci qrup siçanlar
isə oyaq vəziyyətdə qalıblar. Nəticədə məlum olub ki, yatmış siçanların
beyinlərindəki öyrənmə və yaddaş özəlliklərinin iş prinsiplərinə cavab verən
xüsusiyyətlərində, oyaq siçanlara nisbətən 20% azalma baş verib. Alimlərin
fikrincə beləliklə sinir sistemi daha vacib xatirələrin yadda qalmasına şərait
yaradır. Bundan əlavə olaraq alimlər qeyd ediblər ki, sözügedən prosesin yerinə
yetirilməsi üçün Homer1a adlı zülal çox böyük rol oynayır. Bu zülalın səviyyəsinın
artımı əsasən yatmış siçanlarda müşahidə olunub. Mütəxəssislərin fikrincə
onların nəticələri insanlar üçün də keçərlidir.
Paylaş
Bənzər xəbərlər