
Alkoqolizmin dərmanı kəşf edildi
Amerikalı tədqiqatçılar alkoqolizmin dərmanını kəşf ediblər.
Həmin dərman insanlarda spirtə
qarşı nifrət hissi oyadacaq. Tədqiqatçıların məlumatlarına əsasən dərman
insanın zərərli vərdişlərə cavabdeh olan geninin köməyilə yaradılıb. Alimlərin
fikrincə sözügedən gedən gen deaktiv olunarsa onda insan bir çox zərərli vərdişlərindən,
o cümlədən alkoqolizmdən də azad olacaq. Bunu sübut etmək üçün siçanlar üzərində
böyük təcrübə aparılıb. Siçanlarda əldə olunmuş uğurlu nəticələrdən sonra həmin
təcrübə insanlar üzərindədə aparılıb. Təcrübədə 100 könüllü iştirak edib. Təcrübə
çərçivəsində tədqiqatçılar həmin insanlarda sözügedən geni deaktiv etdikdən
sonra onlarda alkoqolizm sindromu yaranıb. Beləliklə təcrübə iştirakçıları daha
alkoqollu içkilər qəbul etmək istəmirdilər. İnsan DNT-ə edilmiş bu cür müdaxilənin
əks nəticələri hələki tədqiq olunmayıb. Buna görədə alimlər hal-hazırda bu
müdaxilənin əks nəticələrini müəyyən etmək üçün çalışırlar.
Paylaş
Bənzər xəbərlər