Almanlar Günəş yaradır!
Almaniya’da elm adamları sərhədsiz enerji mənbəyi olaraq görülən və günəşdəki proseslərin bənzərini yaratmaq üçün atomları qaynaşdırmağı nəzərdə tutan nüvə birləşməsinin yaradılması məsələsində önəmli addım atdıqlarını qeyd ediblər. Alman elm adamları 9 ildir davam edən və 1 milyard dollar dəyərində ‘Stellarator’ adını verdikləri proyekt ilə təcrübə apararaq qısa super isidilmiş helium plazması yaradıblar.
Helium atomlarının mikrodalğa lazeri istifadə edərək isidildiyi 16 metr genişliyindəki qorunan ərazidə yer alan ilk plazma 1.8 Megavotluq lazer şüası və 1 milligramlıq helium qazından yaradıldı. Plazmanın varlığı isə saniyənin 10da 1i müddətində mövcud oldu və istiliyi 1 milyard santigrad dərəcəyə çatdı. İnstitut gələn il plazmanın müddətini uzadıb, bunu ən yaxşı şəkildə istehsal etməyin yollarını axtaracaq. Helium yerinə əsas məqsəd olan hidrogen qazının da istifadə edilməsi hədəflənir.

Paylaş
Bənzər xəbərlər