
Alyaskada yaşayan bu canlı hər kəsin diqqətini cəlb edib (Video)
Alyaskada yerləşən Çena çayında maraqlı varlıq görüntülənib.
ABŞ-da yerləşən Alyaska, soyuq iqlimi səbəbiylə
ən az canlının rast gəlindiyi ərazidir. Son zamanlar bu ərazidə çəkildiyi iddia olunan video hər kəsin marağına səbəb olub. Belə ki, bir neçə gün içində 600.000-dən çox insan nə olduğu bəlli olmayan bir canlıya aid 22 saniyəlik
videonu izləyib. Videonu izləyənlər üzəri buzla örtülü olan canlının suda hərəkətinə şahid olublar. Bu canlının 4.5
metr uzunluğa sahib olması hər kəsi təəccübləndirib. Belə ki, BBC xəbər
agentliyi 2015-ci ildə yayımladığı bir məzmunda 1980-cı illərdə də insanların
belə canlılara rast gəldiyini bildirib. Bu canlının nə qədər real olduğu isə maraq doğurur.
Paylaş
Bənzər xəbərlər