Logo
    main-post-cover

    Amazon logistika xidmətlərini bütün bizneslər üçün açdı

    Digər
    04.05.2026
    Sevinj
        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Amazon qlobal logistika şəbəkəsini artıq bütün bizneslər üçün əlçatan edib. Şirkət bu məqsədlə “Amazon Supply Chain Services” adlı yeni xidmətini təqdim edib.
    How Amazon Makes Money
        Yeni xidmət vasitəsilə Amazon özünün illərdir formalaşdırdığı logistika imkanlarını, yük daşımaları, anbarlama, sifarişlərin icrası və çatdırılma proseslərini istənilən ölçüdə və sahədə fəaliyyət göstərən şirkətlərə təqdim edəcək. Bu addım Amazon-u birbaşa olaraq UPS və FedEx kimi ənənəvi logistika nəhəngləri ilə rəqabətə daxil edir. Şirkətin açıqlamasına görə, yeni xidmət səhiyyə, avtomobil, istehsalat və pərakəndə satış kimi müxtəlif sahələrdə fəaliyyət göstərən bizneslər üçün nəzərdə tutulub. Bu isə Amazon-un logistika infrastrukturunun yalnız öz platformasında satış edən tərəfdaşlarla məhdudlaşmadığını göstərir.
        Amazon-un vitse-prezidenti Peter Larsen bildirib ki, şirkət onilliklər ərzində qurduğu logistika gücünü indi daha geniş auditoriyaya təqdim edir. Onun sözlərinə görə, bu model bir zamanlar bulud xidmətləri sahəsində Amazon Web Services ilə əldə olunan uğurun logistika sahəsində təkrarlanmasına hesablanıb. Maraqlıdır ki, artıq Procter & Gamble, 3M, Lands' End və American Eagle Outfitters kimi böyük şirkətlər bu xidmətə qoşulublar. Bu addım Amazon-un e-ticarət biznesində yeni gəlir mənbəyi yaratmaqla yanaşı, onu qlobal logistika sektorunda daha güclü oyunçuya çevirə bilər.
     
    Paylaş