Logo
    main-post-cover

    "Amazon" və "Google" rəqabəti hara qədər davam edəcək?

    Digər
    07.05.2017
    Farid

    Texnologiya nəhənglərinin bulud xidmətləri mübarizəsi davam edərkən, "EMC”nin keçmiş CTO-su və satın alma müdiri Mark Levis, "Amazon”un bu oyunu qazandığını və "Google”un "Amazon”a çata bilməyəcəyini bildirdi.

     
    "EMC”nin 2007-də WMware-ni satın almasına nail olan Levis, 2012-də Formation Data Systems adı ilə öz startapını yaradan biridir və Levis-in "öncəgörmələrinə” görə "Amazon” bu sahədə yarışı çoxdan qazandı. Levis-ə görə "Google”un bugün axtarış şəbəkəsi reklamçılığında oyunu qazanması kimi, "Amazon” da bulud xidmətləri sahəsində rəqiblərindən çox irəlidədir.
    "AWS, Google-un çox irəlisindədir”

    Əslində "Google” bu sahədə daima bir yenilik etmək istəyir. Ancaq mövcud vəziyyətin "Amazon”un xeyrinə olduğu da aşkardır. "Amazon”un bulud komandasının rəhbəri Verner Vogels də rəqiblərinin "AWS”nin 5-6 il əvvəl olduğu mövqedə olduğunu deyir. Vogels-ə görə "Google”un bu işə girməsi "Microsoft”un smartfon işinə girməsinə oxşayır.
    "Google”un bulud komandasının rəhbəri Diana Qrin isə oyunun hələ davam etdiyini bildirir və əlbəttə Vogelsə və Levisə qatılmır. Gələcəyin böyük bir potensial daşıdığını deyən Qrin, 2020-də bulud xidmətləri işinin reklamçılıq işindən böyük ola biləcəyini qeyd edir ki, rəqəmlər, "Google”un 75 milyard dollarlıq illik gəlirinin yarıdan çoxunu reklamlardan qazandığını göstərir. Yəni "Google”, həqiqətən böyük bir fərq yaradacağına inanır.
    Paylaş
    Bənzər xəbərlər