drzeka zeka kartları

Amerikada bir adam öz kompüteri ilə evləndi

11.09.2017 0 PAYLAŞIM 345 OXUNMA

Amerikada bir adam öz kompüteri ilə evlənmə qərarı aldı və maraqlı olan isə bunu etməyi bacardı. Özü halından çox xoşbəxt olsa da əyalət rəhbərliyi belə düşünmür.Amerikanın Alabama ştatından bir adam, evlənmək üçün çox fərqli bir yol seçdi. Şəxsi kompüterinə qarşı xüsusi hisslər bəsləyən Chris Sevier hər nə qədər qərarında xoşbəxt olsa da, Alabama vəziyyətdən çox da məmnun kimi görünmür.

Chris Sevier kompüterlə New Mexico-da evləndi. Lakin Alabama ştatına qayıtdıqdan sonra dövlət idarəsi bu əlaqəni tanımaqdan imtina edib və Sevier-i məhkəməyə verib.

Adamın bu evliliyi New Mexico-da qadına bənzəyən, qadın xüsusiyyətlərinə sahib olan obyekt ilə evlilik olaraq qeydlərə keçib.

Chris Sevier-in hər səfərində təqdim etdiyi müdafiə isə belədir: "Əgər eyni cinsiyyətdə olanlar bir-birləriylə evlənəbilirlərsə mən niyə bir compüter ilə evlənə bilməyim?"

Buradan da aydın ola biləcəyi kimi Chris Sevier əslində bir trol-dur və bunu etməsinin özünə görə əhəmiyyətli bir səbəbi var. Ölkəsindəki homoseksual evlilikləri tənqid etmək istəyən Chris Sevier belə bir yol seçib.