Logo
    main-post-cover

    Andreessen Horowitz daha 15 milyard dollar topladı

    Digər
    09.01.2026
    Sevinc
         Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, ABŞ-nin aparıcı vençur kapital fondlarından biri olan Andreessen Horowitz (a16z) yeni investisiya mərhələsində 15 milyard dollardan çox vəsait cəlb etdiyini açıqlayıb. Fondun həmtəsisçisi Ben Horowitzin sözlərinə görə, bu məbləğ 2025-ci ildə ABŞ-də yönəldilən bütün vençur kapitalının təxminən 18 %-ni təşkil edir.
         Bu yeni maliyyələşmə ilə a16z-in idarə etdiyi ümumi aktivlərin həcmi 90 milyard dollara yaxınlaşıb. Bu göstərici fondu dünyada ən böyük vençur şirkətlərindən biri olan Sequoia Capital ilə eyni səviyyəyə gətirir.
         Yeni cəlb olunan kapital beş fərqli fond arasında bölüşdürülüb:
        •    6,75 milyard dollar – growth (böyümə mərhələsində olan şirkətlər)
        •    1,7 milyard dollar – tətbiqlər
        •    1,7 milyard dollar – infrastruktur
        •    1,176 milyard dollar – “American Dynamism” strategiyası
        •    700 milyon dollar – biotexnologiya və səhiyyə
        •    3 milyard dollar – digər vençur strategiyaları
         Andreessen Horowitz-in investorları ilə bağlı şəffaflığı məhduddur. Fond indiyədək öz limited partner-lərini və ya investorlara qaytardığı real gəlirləri (DPI göstəricisi) açıqlamayıb.
    Paylaş