Logo
    main-post-cover

    Android və ChromeOS birləşir

    Digər
    28.01.2026
    Ilhama
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Google PC üçün Android-in ilk real görüntülərini təsadüfən üzə çıxarıb. Şirkətin ChromeOS və Android-in birləşdirilməsi üzərində qurduğu yeni platforma Aluminium OS (ALOS) kod adı ilə hazırlanır və artıq real cihazda işlək vəziyyətdə görüntülənib.
    aluminium-os-first-look
        Məlumata görə, 9to5Google Google Issue Tracker-də paylaşılan bir xəta hesabatında Aluminium OS ilə çəkilmiş iki ekran videosunu aşkar edib. Daha sonra Google bu hesabatın girişini məhdudlaşdırsa da, videolar artıq mediaya sızıb. Həmin qeydlərdə ALOS proqram versiyası qeyd olunub və testlərin HP Elite Dragonfly 13.5 Chromebook üzərində aparıldığı bildirilib. Videolar sonradan Android Authority tərəfindən YouTube-da paylaşılıb. Görüntülərdə əməliyyat sisteminin Android 16 əsasında qurulduğu və build nömrəsinin ALOS-la uyğun gəldiyi açıq şəkildə görünür. Bu da göstərir ki, Google artıq mövcud Chromebook-lar üzərində yeni platformanı real şəraitdə sınaqdan keçirir.
        Dizayn baxımından Aluminium OS, ChromeOS və Android-in qarışığı təsiri bağışlayır. Aşağıdakı taskbar ChromeOS-u xatırlatsa da, start düyməsinin mərkəzdə yerləşdirilməsi Android üslubunu ön plana çıxarır. Yuxarı hissədə isə Android-ə xas status paneli yer alır. Batareya, Wi-Fi və digər ikonlar tanış görünür. Videoda həmçinin Play Store, split-screen (iki pəncərəli) multitasking funksiyası da qısa şəkildə nümayiş etdirilir.
    Paylaş