
Antarktidada naməlum piramidalar aşkar edilib
Alimlər qeyd ediblər ki, Antarktidada aşkar edilmiş piramidalar düz formalara sahib olduqlarına görə təbii yolla yarana bilməzdilər.
Quruluşlarına görə Misir
piramidalarını xatırladan sirli tikililər alimlər tərəfindən Atarktidanın
landşaftını müşahidə edən zaman aşkar ediliblər. "Technote.az"ın "Planet-today.ru"a istinadən verdiyi xəbərə əsasən bu kəşfdən sonra mütəxəssislər
əmindirlər ki, Antarktida həmişə buzlaqlarla örtülmüş bir materik olmayıb. Yəni
nə vaxtsa həmin yerdə digər sivilizasiyanın nümayəndələri öz həyatlarını
sürürdülər. Bu fakt isə Antarktida ilə bağlı bütün elmi təsvirlərin kökünü dəyişir.
"Biz, Misir piramidalarını xatırladan naməlum obyektlərdən söhbət edirik. Bizim
ilkin tədqiqatlarımınz göstərdi ki, həmin obyektlər düzgün formada yaranmışdır.
Yəni onları insanlar yaradıblar. Bu halda obyektlərin təbii şəraitdə yaranmaqları
barədə heç bir söhbət belə ola bilməz” – deyə alimlərdən biri qeyd edib. Alimlərin
fikrincə həmin piramidalar, Atarktida hələ cəngəlliklər ilə örtülmüş
vaxtlarında inşa olunublar. Hal-hazırda alimlər naməlum tikililər haqqında
faktların əldə olunacağı ekspedisiyaya hazırlaşırlar. Əsasən alimlər bir
vaxtlar Antarktidada yaşamış qədim irq haqqında məlumatları əldə edəcəklərinə
ümid edirlər.
Paylaş
Bənzər xəbərlər