Logo
    main-post-cover

    Antarktida’da sualtında yaşamış dinozavr fosilləri tapılıb

    Digər
    07.05.2017
    Farid

    Antarktida’da araşdırma aparan elm adamları 71 milyon il əvvəl yaşayan iki dinozavr növünün fosilləri ilə rastlaşıb.

    Dünyanın dörd bir yanından gələn insanlardan ibarət bir komanda Antarktida'da çətin həyat şəraitlərinə baxmayaraq ağırlığı bir tonu keçən dinoavr fosili ortaya çıxarıb. Tapılan qalıqlardan istifadə edərək Mosasaurus və Plesiosaur cinsi olan və sualtında yaşayan dinozavrların 71 milyon yaşında olduğu təxmin edilir. Avstraliya, ABŞ və Cənubi Afrikadan olan 12 belm insanının bir araya gəlməsi ilə yaradılan komanda, James Ross adasına Antarktida dinozavrları haqqında daha çox məlumat öyrənmək üçün yola çıxdı.

    Dinozavrların suda yaşayan növünü kəşf edən komanda qalıqların çox hissəsinin okeandan çıxarıldığını qeyd edib. Buna səbəb isə qayaların bu nəhəng varlıqlar üçün dar və kiçik olmasıdır. Queensland Universiteti'ndən tədqiqatçı Steve Salisbury, Antarktida'nın soyuq hava və qarın səbəb olduğu çətin hava şəraitlərinə baxmayaraq işlərinə ara vermədiklərini və bunun nəticəsində də fosilləri tapdığını söylədi. Bölgənin fosil baxımından zəngin bir mənbə olduğunu və araşdırmaların davam edəcəyini deyən Salisbury, tapılan fosillərin isə Çili də olan Təbiət Tarixi Carnegie Muzeyinə göndəriləcəyini bildirib.
    Paylaş
    Bənzər xəbərlər