Logo
    main-post-cover

    Anthropic Cowork təqdim olundu

    Digər
    13.01.2026
    Sevinc
        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Anthropic bazar ertəsi Cowork adlı yeni alətini təqdim edib. Bu alət əsasən proqramçılar üçün nəzərdə tutulmuş Claude Code-un daha sadə və texniki biliyi olmayan istifadəçilər üçün uyğunlaşdırılmış versiyasıdır.
    Anthropic Claude's new Chrome integration.
        Cowork Claude Desktop tətbiqinə inteqrasiya olunub və istifadəçilərə xüsusi bir qovluq seçməyə imkan verir. Claude həmin qovluqdakı faylları oxuya, redaktə edə və ya yenilərini yarada bilir. Bütün idarəetmə adi çat interfeysi üzərindən aparılır və bu, komand sətiri və ya texniki konfiqurasiya tələb etmir. Hazırda “research preview” mərhələsində olan Cowork yalnız Max abunəçilər üçün əlçatandır. Digər istifadəçilər üçün gözləmə siyahısı mövcuddur. Anthropic bildirir ki, Cowork-un yaradılmasına səbəb istifadəçilərin Claude Code-u təkcə kod yazmaq üçün deyil, ümumi məqsədli AI agenti kimi istifadə etməsidir. Yeni alət eyni Claude Agent SDK üzərində qurulub və fayl qovluğu məhdudiyyəti sayəsində hansı sənədlərə giriş olduğunu asanlıqla idarə etməyə imkan verir.
        Anthropic xəbərdarlıq edir ki, Cowork ardıcıl əmrləri istifadəçi müdaxiləsi olmadan icra etdiyinə görə risklər yarada bilər. Qeyri-dəqiq tapşırıqlar faylların silinməsi və ya “prompt injection” kimi təhlükəsizlik problemlərinə səbəb ola bilər. Buna görə istifadəçilərə əmrləri mümkün qədər aydın və konkret vermək tövsiyə olunur.
    Paylaş