Logo
    main-post-cover

    AO3 17 ildən sonra “beta” mərhələsindən çıxdı

    Digər
    03.04.2026
    Sevinj
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki məşhur fanfiksiya platforması Archive of Our Own (AO3) rəsmi olaraq “beta” mərhələsindən çıxdığını elan edib. Platformanı idarə edən qeyri-kommersiya təşkilatı Organization for Transformative Works bu barədə cümə axşamı açıqlama yayıb. Bu qərar AO3-ün 2009-cu ildə istifadəyə verilməsindən düz 17 il sonra qəbul edilib.
        Təşkilatın açıqlamasında bildirilir ki, AO3 bu illər ərzində ciddi şəkildə inkişaf edib və platformaya çoxsaylı yeni funksiyalar əlavə olunub. Bunlara geniş etiket (tag) sistemi, fan əsərlərinin yüklənməsi, məxfilik ayarları və müəlliflərin öz işlərinə girişi məhdudlaşdırmasına imkan verən funksiyalar daxildir. Bu funksiyaların böyük hissəsi könüllü proqramçılar və ianələr hesabına işə götürülən mütəxəssislər tərəfindən hazırlanıb.
        Bununla belə, AO3-ün “beta”dan çıxması platformanın inkişafının dayanacağı mənasına gəlmir. Təşkilat vurğulayır ki, sayt uzun müddətdir stabil işləyir və bu dəyişiklik daha çox simvolik xarakter daşıyır. Platforma bundan sonra da yeni funksiyalar və təkmilləşdirmələr almağa davam edəcək.
        Ən diqqətçəkən dəyişikliklərdən biri isə saytın loqosunda uzun illər yer alan kiçik “beta” yazısının artıq silinməsidir. Qeyd edək ki, AO3 bu il 1 aprel zarafatı çərçivəsində qısa müddətlik “beta” sözünü “omega” ilə əvəz etmişdi. Platformada ediləcək yenilikləri izləmək istəyən istifadəçilər AO3-ün Jira sistemində yerləşdirilən layihə səhifələrini izləyə bilərlər.
    Paylaş
    Bənzər xəbərlər