
"Apple" 100 milyardlıq investisiyada iştirak edəcək
"Apple”, Yaponiyanın telekommunikasiya şirkəti SoftBank Group-un investisiya fondu ilə danışıqlar aparıb.
Belə ki, iPhone istehsalçısı fonda 1 milyard dollar
investisiya yatırmaq fikrindədir. Məlumatlara əsasən danışıqlar hələ
yekunlaşmayıb. Qeyd olunur ki, bu investisiya vasitəsilə şirkət, perspektivli
texnologiyaları müşahidə etməyi planlaşdırır. Güman olunur ki, SofBank-ın
investisiya fondunun ümumi həcmi 100 milyard dollar olacaq. Şirkətin özü isə 5
il ərzində 25 milyard ollar investisiya yatıracaq. Yeni investisiya fondu
dünyada ən böyüklər siyahısında olacaq. O isə öz növbəsində texnoloji layihələrə
investisiya yatıracaq. Fondun adının, SoftBank Vision Fund olacağı güman
olunur. Onun mərkəzi ofisi isə Londonda olacaq.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...