Apple AirTag, kargo oğrularının yaxalanmasına kömək edib!
Digər
23.08.2024
Farid Pardashunas
Amerikanın Cənubi Kaliforniya əyalətindən olan bir qadın, Apple-ın 2021-ci ildə təqdim etdiyi AirTag izləmə cihazından istifadə edərək kargo oğrularını yaxaladıb.
ABŞ-ın Cənubi Kaliforniya ştatında yaşayan biir qadın, Los Alamos poçt şöbəsində ona məxsus bir neçə bağlamanın poçt qutusundan oğurlandığı barədə şikayət ərizəsi ilə polisə müraciət edib. Yaxalana bilməyən cinayətkarları tapmaq istəyən Cənubi Kaliforniyalı bir qadın, bu dəfə özü hərəkətə keçib və iPhone ilə qoşalaşmış AirTag olan paketi poçt qutusuna göndərib. Oğrular başqalarının paketlərini, o cümlədən üzərində AirTag olan bağlamaları oğurladıqdan sonra qadın, AirTag vasitəsilə cinayətkarları izləyib.
Nəhayət, qadın poçtdan 26 kilometr aralıda oğruların yerini müəyyən edib və polisə məlumat verib. Polis qrupları isə apardıqları əməliyyatla oğruları yaxalayıb. Oğruların tutulduqları əməliyyat zamanı AirTag da daxil olmaqla başqalarına məxsus təxminən 46 min dollar dəyərində bağlamalar aşkar edilib. Bu oğruların dələduzluq, kredit kartı oğurluğu və şəxsiyyət oğurluğu kimi cinayətləri də törətdikləri üzə çıxıb. Santa Maria-dan olan 27 yaşlı qadın oğru və Riverside-dan olan 37 yaşlı kişi həbs edilib. Polis öz məlumatlarında Cənubi Kaliforniyadan olan qadının şəxsiyyətini gizli saxlamaq istədiyini bildirib.
Bu, AirTag-ın ilk qəhrəmanlığı deyil. Son aylarda Philip Obando adlı şəxs, evinin qarşısından BMW markalı avtomobilinin oğurlandığını görüb. Obando, əvvəllər oğurluq ola biləcəyini düşünərək avtomobilinin içərisində AirTag gizlətmişdi. Avtomobilini uzaqdan izləyərək oğrunun üzünü görən və siqnal verərək onu qorxudan Obando, nəhayət avtomobilini Apple-ın "Find My" proqramından istifadə etdiyi yerdən götürüb. Oğrunun avtomobildən düşən pulqabı kimi şəxsi əşyaları isə onun yaxalanmasına kömək edib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Qatlana bilən Apple MacBook-un istehsalına daha gec start veriləcək
Qatlana bilən Apple MacBook-un istehsalına daha gec start veriləcək
Apple şirkətinin ilk qatlana bilən smartfonu üzərində çalışdığı barəsində məlumatlar ortaya çıxan zaman həmçinin qeyd edilmişdi ki, şirkət üstəlik elastiki ekrana sahib MacBook üzərində də çalışır.
Yazdığınız zaman iPhone-un çökməsinə səbəb olan 4 kombinasiyalı xəta ortaya çıxıb!
Yazdığınız zaman iPhone-un çökməsinə səbəb olan 4 kombinasiyalı xəta ortaya çıxıb!
Mastodon-dakı bir təhlükəsizlik tədqiqatçısı, müəyyən simvolları yazarkən iPhone-ların əsas ekran proqramının sıradan çıxmasına səbəb olan iOS xətasını aşkar edib.
Bütün iPhone 16-ların əsas texniki imkanları ortaya çıxıblar
Bütün iPhone 16-ların əsas texniki imkanları ortaya çıxıblar
Heç kim üçün sirr deyil ki, Apple şirkəti iPhone 16 smartfonlarını gələn ay təqdim edəcək. Yeni seriyaya 4 model daxil olacaq. iPhone 16, iPhone 16 Plus, iPhone 16 Pro və iPhone 16 Pro Max.
iPhone 16 Pro və iPhone 16 Pro Max Hindistanda istehsal olunacaqlar
iPhone 16 Pro və iPhone 16 Pro Max Hindistanda istehsal olunacaqlar
Bloomberg saytının vermiş olduğu məlumata əsasən Apple şirkəti öz tarixində ilk dəfə iPhone Pro və iPhone Pro Max smartfonlarını Hindistanda istehsal etməyi planlaşdırır.
iPhone 16-nın təqdimat tarixi təsdiqlənib
iPhone 16-nın təqdimat tarixi təsdiqlənib
Bloomberg saytının məşhur insayderi Mark Gurman dünən iPhone 16 smartfon seriyasının mümkün təqdimat tarixini açıqladı.
Həftənin xəbərləri
Kosmosda mövcudluğu qeyri-mümkün olan 1.3 milyard işıq ili ölçülü struktur kəşf edilib
Səudiyyə Ərəbistanında dünyanın ən böyük binasının tikintisinə başlanılıb!