
Apple, bu gün iPhone qiymətlərinə artım edəcək!?
Digər
07.05.2024
Aslan
Apple bu axşam saat 17.00-da yeni iPad modellərini təqdim edəcəyi bir tədbir keçirəcək. Tədbirdən sonra iPhone modellərində qiymət artımı olacaqmı? Hər kəsi maraqlandıran sualın cavabı bu xəbərimizdə.
Apple qiymət dəyişikliyi etdiyi zaman qısa müddətlik onlayn satışları bağlayır. Bu zaman isə Apple-ın veb-saytında "We'll be right back (Biz dərhal geri qayıdacağıq)" sözü yazılır. Apple onlayn mağazası isə bu gün bağlı deyil. Müştərilər istədikləri Apple məhsulunu ala bilərlər. Bu vəziyyət isə, qiymətlərdə heç bir dəyişiklik olmayacağından xəbər verir.

Görünən odur ki, Apple, Let Loose tədbirindən sonra qiymət dəyişikliyi etməyi planlaşdırmır. Lakin bu vəziyyət Apple-dan asılı olan bir məsələdir. Hələlik qiymət dəyişikliyi gözlənilməsə də, növbəti günlərdə bu dəyişiklik baş tuta da bilər.
Paylaş
Ən çox oxunanlar

Enerjinin naqilsiz şəkildə ötürülməsində yeni rekorda imza atılıb
