
Apple gözlənilmədən 'iOS' və 'macOS' kodlarını açıq qaynaq olaraq yayımladı
Çoxları bu hərəkəti "Apple"dan gözləməsə də bir neçə gün əvvəl artıq rəsmi olaraq Apple tərəfindən iOS və macOS əməliyyat sistemlərinin nüvə kodları açıq qaynaq şəklində tərtibtaçılara (developerlərə) təqdim olundu. "Apple"ın "Github" kitabxanasında yayımladığı kodlar, təmamilə iOS və macOS - un kodlarını açıq qoymur. İlkin olaraq sadəcə ana kodları yayımlayan Apple-ın rəsmi saytında da bu kodlara rast gəlmək mümkündür.
Bugünə qədər qaynaq kodlarını gizli saxlayan Apple, bu addımı ilə tərtibatçıları sevindirdi. İllərdir gizliliyini qoruyan bu kodların yayımlanması bazarda səs-küyə səbəb olub. Belə ki, Steve Jobs dövründən Apple-ın əsas strategiyası məhz gizlilik və sistemin nələr üzərində quruluduğunu yaymamaq idi. Apple bu hərəkəti ilə bəlkə də gələcəkdə qaynaq kodlarını təmamilə açıq elan edəcək. Əgər bu hal baş tutsa iOS da Android kimi açıq-qaynaq olan əməliyyat sistemləri sırasına daxil olacaq. Düşünün ki, artıq macOS -u digər kompüterlərə də yaza biləcəksiniz. Amma bu, nə dərəcədə uğurlu alınacaq?
Heç kəs Apple - dan bu addımı gözləməsə də, etdiyi bu hərəkətin arxasında nələrin dayandığını hələ ki, bilmirik. Bir daha qeyd etməkdə fayda var ki, Apple hələ, kodları tam olaraq yayımlamayıb. Sözü gedən kodlar iOS və macOS sistemlərinin əsas ana kodlarıdır. Düşünürük ki, bu kodların yayımlanmasından sonra tərtibatçılar artıq yeni iOS versiyaları üzərində çalışa biləcəklər. Bəlkə də son iOS 11 yenilənməsində gözlənilmədən meydana çıxan xətalar Apple - ı bu mövzuda düşünməyə vadar edib.
Hər nə qədər xırda bir məsələ kimi görünsə də bu hərəkət Apple-ı əvvəlki imicindən uzaqlaşdıra bilər.
Bəs siz bu haqda nə düşünürsünüz?
Paylaş
Bənzər xəbərlər