Apple-ın iPhone-lar üçün etdiyi dözümlülük testləri ortaya çıxıb! (VİDEO)
Digər
30.05.2024
Farid Pardashunas
Bir YouTuber, Apple-ın iPhone-ları laboratoriya şəraitində suya və düşmələrə qarşı necə sınaqdan keçirdiyini göstərən videonu yayımlayıb.
Populyar texno YouTuber Marques Brownlee, Apple-ın yeni telefonlarının davamlılığını necə sınaqdan keçirdiyini yaxından görmək şansı əldə edib və bu anları videoya çəkərək öz sosial media hesabında paylaşıb. Əlbəttə ki, Apple, smartfonları işgəncə testlərindən keçirən məşhur YouTuber-lar qədər qəddar deyil, lakin bu testlər, iPhone-un buraxılmazdan əvvəl müəyyən standartlara cavab verməsini təmin etmək üçün diqqətlə hazırlanmış testlərdir.
İlk videolarda Apple-ın iPhone-ları IP reytinqi üçün mərhələ-mərhələ necə sınaqdan keçirtdiyini görürük. Əvvəlcə, güclü yağış simulyasiya edilir, sonra isə aşağı təzyiqli reaktiv sprey istifadə edilərək başqa bir sınaq aparılır. Üçüncü sınaqda telefonun üzərinə yanğın xortumu ilə güclü su səpilir. Nəhayət, iPhone-un uzun müddət su altında qalmağı necə bacardığını görmək üçün su ilə dolu bir qaba qoyulduğunu müşahidə edirik.
Başqa bir videoda iPhone-ları götürüb, müxtəlif hündürlüklərdən və bucaqlardan yerə ataraq telefonun korpusunun davamlılığını ölçən xüsusi robot görürük. Telefonda quraşdırılmış kameralar mühəndislərə zərbə anını yavaş hərəkətdə görməyə imkan verir. Beləliklə, dizaynda problem varsa, aydın olur. Hətta real həyatda metro və ya motosiklet gəzintisi kimi şeyləri simulyasiya etmək üçün kompüter tərəfindən idarə olunan tezliklərdə telefonu silkələyən bir sınaq da mövcuddur.
Apple-ın Mühəndislik üzrə Meneceri John Ternus bildirib ki, ilk dövrlərdə iPhone-a suyun daxil olması ümumi problem idi, məsələn, telefon hovuza düşərsə və ya üzərinə içki tökülərsə tez-tez nasazlıq yaranırdı. Apple bu nasazlıqları minimuma endirmək üçün illər ərzində cihazlarını təkmilləşdirib. Şirkət, iPhone-u təqdim etməzdən əvvəl telefonun 10.000 dəfədən çox ilkin versiyasını sınaqdan keçirərək, illər ərzində davamlılıq testləri paketini genişləndirib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple, tənqidlərə səbəb olan "Crush" reklamından sonra yeni iPad Pro reklamını təqdim edib!
Apple, tənqidlərə səbəb olan "Crush" reklamından sonra yeni iPad Pro reklamını təqdim edib!
Apple-ın yeni iPad Pro reklamı diqqəti sənətçilərə yönəldib. Animasiyalı "Worlds Made on iPad" reklamı, Apple-ın birinci iPad Pro reklamı olan Crush-dan daha yaxşı təəssürat yaradıb.
iPhone 16 Pro-nun qoruyucu keysləri sızdırılıb!
iPhone 16 Pro-nun qoruyucu keysləri sızdırılıb!
iPhone 16 seriyasının maraqla gözlənilən modellərindən olan iPhone 16 Pro-nun qoruyucu keyslərinin görüntüləri ortaya çıxıb.
iPhone 16 Pro modelləri ekran altı FaceID texnologiyası gələ bilər!
iPhone 16 Pro modelləri ekran altı FaceID texnologiyası gələ bilər!
İddialara görə, Apple, FaceID texnologiyasını iPhone 16 Pro modelləri ilə ekranın altına köçürə bilər. Yeni ekran altı FaceID texnologiyasını bir neçə ay sonra təqdim ediləcək iPhone modellərində görə bilərik
iPhone 16 Pro-nun iPhone 15 Pro ilə müqayisə fotoları ortaya çıxıblar
iPhone 16 Pro-nun iPhone 15 Pro ilə müqayisə fotoları ortaya çıxıblar
iPhone 16 smartfon seriyasının təqdimatına hələ aylarla zaman qaldığına baxmayaraq bu smartfon seriyası barəsində məlumatlar ortaya çıxmağa davam edir.
iOS 18 ilə süni intellekt əsaslı emojilər yaradıla biləcək!
iOS 18 ilə süni intellekt əsaslı emojilər yaradıla biləcək!
iOS 18 ilə istifadəçilər, süni intellekt əsaslı öz fərdi emoji şəkillərini yarada biləcəklər.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!