Logo
    main-post-cover

    Apple İngiltərədə müştərilərini "adatmaqda" mühakimə olunur!

    Digər
    15.11.2024
    Aslan

         Apple İngiltərədə 3 milyard funt dəyərində bir iddia ilə qarşı-qarşıyadır. "Which?" adlı istehlakçı təşkilatı, Apple-ın iCloud vasitəsilə müştərilərini aldatdığını iddia edir. Apple isə bu ittihamları rədd edib.

         Araşdırmalara görə, İngiltərədə təxminən 40 milyon iCloud abunəçisi var. Bu abunəçilər öz ehtiyaclarına uyğun paketlər alır və bulud yaddaş sahəsinə malik olurlar. "Which?"ə görə, Apple müştəriləri iCloud-a məcbur edir, həm haqsız qazanc əldə edir, həm də rəqabətə zidd davranır. "Which?"in CEO-su Anabel Hoult, bu iddia ilə texnologiya nəhənglərinin ingilisləri aldada bilməyəcəyini anlamaları lazım olduğunu deyib.
         Açılan iddia ilə bağlı açıqlama verən Apple sözçüsü bütün ittihamları rədd edib. Heç bir istehlakçının iCloud almağa məcbur olmadığını bildirən sözçü, Apple-ın üçüncü tərəf bulud həllərinə dəstək verdiyini xatırladıb. Lakin "Which?" iddiasında israrlıdır və qalib gəldikləri halda Apple-ın 3 milyard funt cərimə ödəyə biləcəyini qeyd edir. İddia uduzulduğu halda Apple, İngiltərədəki müştərilərinə hər biri üçün 70 funta qədər ödəniş edə bilər.
         Lakin bu iddia hələ olduqca ilkin mərhələdədir. Hüquqşünaslar, iddianın bir neçə ildən tez həll ediləcəyini düşünmürlər. Ancaq gələcəkdə bu tip iddiaların sayının artacağına inanılır. Görək, bu iddia gələcək illərdə necə nəticələnəcək.
    Paylaş
    Bənzər xəbərlər
    vision-pro-2-nin-hansi-muddet-araliginda-satisa-cixa-bileceyi-aciqlanib
    Cihazlar+

    Vision Pro 2-nin hansı müddət aralığında satışa çıxa biləcəyi açıqlanıb

    Apple şirkətinin fevral ayının əvvəlində satışa çıxmış Vision Pro qarışıq reallıq cihazı nəticə etibarilə kütləvi məhsul ola bilmədi. Belə ki, alıcılar cihazın start qiymətinin 3500$-dan başlamasından narazıdırlar.
    iphone-17-air-in-govdesi-gozlenildiyi-kimi-nazik-olmaya-biler
    Cihazlar+

    iPhone 17 Air-in gövdəsi gözlənildiyi kimi nazik olmaya bilər

    Son həftələr ərzində ortaya çıxmış məlumatlara əsasən Apple şirkəti gələn il iPhone 17 smartfon seriyası çərçivəsində nazik gövdəli iPhone 17 Air modelini təqdim edəcək.
    apple-vision-pro-nun-budceli-versiyasinda-istifade-oluna-bilecek-ekran-novu-melum-olub
    Cihazlar+

    Apple Vision Pro-nun büdcəli versiyasında istifadə oluna biləcək ekran növü məlum olub

    Son aylar ərzində ortaya çıxmış məlumata əsasən Apple şirkəti Vision Pro qarışıq reallıq cihazının büdcəli versiyası üzərində çalışır.
    avropa-birliyi-ipados-in-antimonopoliya-teleblerine-uyub-uymadigini-yoxlayir
    Proqram Təminatı

    Avropa Birliyi iPadOS-in antimonopoliya tələblərinə uyub-uymadığını yoxlayır

    Avropa Birliyinin antimonopoliya orqanları Apple şirkətinin iPadOS əməliyyat sisteminin Avropa Birliyi regionunun böyük texnoloji şirkətlərin təsirlərinin məhdudlaşdırılmasına istiqamətlənmiş qanunvericiliyin tələblərinə uyğun olub-olmadığını yoxlamağa başlayıb.
    sarj-etmek-ucun-taxilan-bir-iphone-14-pro-max-aniden-bomba-kimi-partlayib
    Cihazlar+

    Şarj etmək üçün taxılan bir iPhone 14 Pro Max anidən bomba kimi partlayıb!

    Çində şarjda olan bir iPhone 14 Pro Max qəfil bomba kimi partlayıb. Telefonun sahibi kiçik xəsarət alıb və hadisə ilə bağlı araşdırmalara başlanılıb.