
Apple, iPhone 15 seriyasını satmaqda çətinlik çəkir!
Digər
18.07.2024
Aslan
Apple, iPhone 16 seriyasını təqdim etməzdən bir neçə ay əvvəl ortaya çıxan məlumatlar, şirkətin iPhone 15 seriyasını satmaqda çətinlik çəkdiyini göstərir. Belə ki, iPhone 15 seriyasının ümumi satışdakı payı azalıb.
Keçən illə müqayisədə iPhone 15 seriyasının ümumi iPhone satışlarında payının azaldığı görünür. Keçən ilin iyun ayında iPhone 14 seriyası, ümumi iPhone satışlarının 79%-ni təşkil etdiyi halda, iPhone 15 seriyası, bu ilin eyni dövründə ümumi satışların 67%-ni təşkil edə bilib. Pro olmayan modellərindəki azalma isə xüsusilə diqqəti çəkir. Görünür, Apple, bu azalmanı iPhone 14 və iPhone 13 ilə kompensasiya edib. Bu nöqtədə yeganə istisnanın iPhone 15 Pro Max olduğu görünür. 15 Pro Max ilə birlikdə gələn tetraprizma periskop kameranın bu modelə marağı artırdığı təxmin edilir.

Bu enişin ən böyük səbəbi normal iPhone 15 modellərinin əvvəlki modellərlə müqayisədə çox yenilik təqdim etməməsidir. iPhone 16 ilə birlikdə gələcək məhsuldar süni intellekt xüsusiyyətlərinə görə, müştərilərin iPhone 15-ə marağının azalması da mühüm faktor kimi görünür. Analitiklər, iPhone 16 seriyasından yüksək satış performansı gözləməsələr də, Apple, tədarükçülərinə 2024-cü il üçün 90 milyon ədəd istehsal etməyi söyləyib və 4 modelə yüksək tələbat proqnozlaşdırır. Bildirilir ki, iPhone 16 Pro-nun iPhone 16 Pro Max ilə eyni tetraprizma periskop kamerası ilə gəlməsi 16 Pro-ya tələbi bir qədər də artıra bilər.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
