Logo
    main-post-cover

    Apple ittifaq üzvlərinə qarşı ayrı-seçkilikdə ittiham olunur

    Digər
    28.04.2026
    Sevinj
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, ABŞ-də Apple şirkəti yeni qalmaqalla üz-üzədir. International Association of Machinists and Aerospace Workers (IAM) həmkarlar ittifaqı şirkəti həmkarlar ittifaqına üzv işçilərə qarşı qanunsuz ayrı-seçkilik etməkdə ittiham edib.
    Apple sends invitations for iPhone 14 launch event. Details here | Mint
        İttifaq məsələ ilə bağlı National Labor Relations Board (NLRB) qurumuna rəsmi şikayət təqdim edib. Şikayətin səbəbi isə Apple-ın ABŞ-də üç mağazasını bağlaması fonunda ortaya çıxıb. Bağlanan mağazalardan biri Towson, Maryland şəhərində yerləşən və ölkədə ilk dəfə həmkarlar ittifaqı yaradan Apple Store olub.
        İAM-ın iddiasına görə, Apple digər mağazalarda çalışan, yəni ittifaqa daxil olmayan işçilərə transfer (başqa mağazalara keçid) imkanı təqdim etdiyi halda, Towson mağazasının əməkdaşlarına bu imkan verilməyib. Əksinə, bu işçilərə yeni vəzifələr üçün yenidən müraciət etmələri tələb olunub, sanki onlar şirkət daxilindən deyil, xarici namizədlərdir.
        Həmkarlar ittifaqı bildirir ki, bu yanaşma işçilərin ittifaq qurmaq qərarına görə cəzalandırılması deməkdir və ABŞ əmək qanunvericiliyinə ziddir. Təşkilat əlavə edib ki, Apple-ın kollektiv müqaviləni əsas gətirərək köçürmənin mümkün olmadığını deməsi həqiqəti əks etdirmir və mağazanın bağlanması ittifaqı zəiflətmək məqsədi daşıya bilər. Qeyd edək ki, Apple Towson ilə yanaşı Trumbull, Connecticut və Escondido, California şəhərlərində yerləşən mağazalarını da bağlayıb.
     
    Paylaş